Oğul vətən üçündür”: niyə Qarabağ Azərbaycan üçün həyatdan daha qiymətlidir

Agdam

Şəklin mənbəyi, Max Lomakin / BBC

    • Müəllif, Olqa Prosvirova, Olqa İvşina
    • Vəzifə, BBC

Tanınmamış Dağlıq Qarabağ Respublikası hakimiyyəti bu gün artıq Azərbaycana qayıtmış şəhərlərə 28 il nəzarət edib.

Kölgə kimi görünən yerlər heç də yaşayış məskənlərinə oxşamır: hər yanda kərpic cınqıltıları, dik çıxmış armatura, şüşə qırıntıları. Torpağa isə nə əvvəli, nə axırı olan əhvalatlar səpələnib.

Dağılmış ev həyətində uşaq fotosu. Evin qabağındakı alt-üst edilmiş əlavə tikilidə - yarımçıq mürəbbə bankası. 42 ölçüdə kişi botinkasının bir tayı. Erməni dilində əsgərlər üçün zəbur kitabı. Günəş şüaları altında parıldayan tanka qarşı köhnə mina. Boş su butulkaları və çoxlu siqaret qutuları...

Ətrafda - kilometrlər uzunu - minalanmış sahələr...

Daha heç nə lazım deyil

Natiq Allahyarov görüş yerinə şərtləşdiyimiz vaxtdan bir saat tez gəlir.

Belə havada, adətən isti gödəkcə geyinirlər, lakin Natiq maşından üstündən nazik jilet geyinmiş sviterdə çıxır. O, əl ağacına söykənərək bir neçə addım atır və əlini uzadıb salamlaşır, onun bir neçə çaşqın ifadəsindən nə qədər güclü həyəcan keçirdiyi hiss olunur.

"Gecə yata bilməmişəm. Narahat olmuşam ki, yatıb qalaram, telefon zəng eləməz, siz gedərsiniz, mən qalaram. Allah şahiddir, mən bu günü necə gözləmişəm".

Natiq 28 ildən sonra ilk dəfə doğma Ağdam rayonuna gedir. Birinci Qarabağ müharibəsi zamanı oradan qaçmağa məcbur olanda yeniyetmə olub. Hücum edən erməni qüvvələrinə qarşı Ağdamın müdafiəsi zamanı 17 yaşında minaya düşüb və o vaxtdan axsayır.

Натик Аллахъяров

Şəklin mənbəyi, Max Lomakin / BBC

Şəklin alt yazısı, Natiq bir neçə dəfə doğma kəndinə getməyə cəhd edib, lakin mülkiləri ora hələ buraxmırlar

"Mənim indi yaşamağa haqqım yoxdur, ona görə ki, mən doğma torpaqdan getmişəm, həlak olan dostlarım isə orada qalıb. Mən elə bilirəm, onlar bizi yalnız mən ora qayıdıb məzarlarına baş əyəndən, doğma torpağımı öpəndən sonra bağışlaya bilərlər," - bu sözləri Natiq oktyabr ayında, müharibənin hələ qızğın vaxtı deyib.

Son 25 ildir ki, Natiq ailəsi ilə Mingəçevirdə qaçqınlar yataqxanasında yaşayır. Şərait sərtdir: sıyrılmış divarlar, kələ-kötürlü döşəmənin üstündə soba üçün bir şələ odun, elektrik şəbəkəsi yerinə məftil yumaqları, tutqun lampalar və mərtəbədə ümumi tualet. Yataqxana şəraitinə Natiq çox da fikir verməyib - xəyalən o, həmişə Ağdamda olub. Bir neçə ay keçmiş ona yenə doğma torpağını görmək nəsib olub.

Maşının yolunu qırmızı-ağ şlaqbaum kəsir. Nəzarət-keçid məntəqəsində hərbçilər bizi saxlayıb bir xeyli vaxt sənədlərimizi yoxlayırlar. Natiqi onları üzdən tanıyır - bu onun doğma torpağa getmək üçün artıq üçüncü cəhdidir. O, iki dəfə şlaqbaumun yanına gəlib, dostlarına zəng edib yalvarıb ki, buraxsınlar - heç olmasa, maşının pəncərəsindən doğma şəhərinə baxsın. Hərbçilər fikrindən dönməyib və Natiq hər iki dəfə əli boş evə qayıdıb.

Military

Şəklin mənbəyi, Max Lomakin / BBC

Üçüncü dəfə alınıb - lakin tək ona görə ki, jurnalistlər onu özləri ilə aparıb.

Şlaqbaum qalxdı və Natiq bərkdən nəfəs alır, əllərini göyə tutub asta səslə dua etməyə başlayır. Maşın bir müddət kəndarası yolla gedir və təkərlərini yoxlamaq üçün qısa müddətə dayanır.

Maşının pəncərəsindən solda yol kənarında quru kollardır. Sağda - kərpic xarabalığı. "Xahiş edirəm, bağışlayın," - deyə Natiq maşından düşdü, əl ağacını maşının yük yerinə söykədi, yavaşca dizləri üstə enib alnını tozlu yola toxundurdu. O, dönə-dönə torpağı öpdü.

Natiq başını qaldıranda gözləri yaşarmışdı: "Şükür ki, 28 ildən sonra mənim vətən həsrətim bitdi".

Natiq Ağdamdan bir neçə dəqiqəlik məsafədə olan doğma kəndinə getməyi xahiş edir. O, böyüyüb başa çatdığı yurdunu görmək istəyir, - hərçənd bilir ki, ev salamat qalmayıb.

Natiqin yaşadığı evdən üç divar və bir yığın kərpic qalıb. Bu yerdə həyat yoxdur - ağ kərpic yığını və göyərməyə başlayan ot. Lakin Natiq başqa mənzərə görür.

"Bax, bu bizim həyətimiz olub. Burada biz oynayırdıq. Orada mənim əmim yaşayırdı. O yanda isə ördəklərimiz vardı. İndi kənddən heç nə qalmayıb. Sağ olsunlar, hamı sağ olsun ki, bu kəndə qayıtdım, arzuma çatdım. Bax, indi ölsəm - xoşbəxt ölərəm. Mənə daha heç nə lazım deyil, bu yerdən, bu yoldan başqa".

Natiq əlindəki paketi açıb gənc kişilərin əks olunduğu fotoşəkillər çıxarır.

"Bu mənim məktəb dostum İsraildir, - şəkillərdən birini göstərir. - Mənimlə bir yerdə yaralanmışdı. Minaya düşmüşdük. Şəhid anaları məni bağışlasın, hamısının şəkillərini çıxarda bilməmişəm," - deyə Natiq salamat qalmış divara yaxınlaşıb şəkilləri yapışdırır və yenə əllərini göyə tutur. Quran surəsini ərəb dilində oxuyur və yenə göz yaşını silir.

Həyatdan qiymətli

Агдам

Şəklin mənbəyi, Max Lomakin / BBC

Ağdam cansızdır. Göy səma və parlaq günəş altında müharibənin dərin yaraları görünür. Otuz il bundan əvvəl burada 30 min adam yaşayırdı. İndi - bir nəfər də yoxdur.

Az şey salamat qalıb. Odur ki, dağılmış evin divarında qalan rəngli mozaikanın fraqmentləri yabançı görünür. Çörək muzeyindən elə bu qalıb. Muzey Birinci Qarabağ müharibəsi illərində zərər çəkib və o vaxtdan yavaş-yavaş dağılıb.

Muzeyin nə şəbəkəli ornamentin hörgüləri, nə də rəngli vitrajları qalıb. Yalnız günəş fonunda buğda sünbülləri ilə mozaik panno qalır. Muzeyin giriş yolu lentlə dövrələnib - ətraf torpaqlar hələ minaya qarşı yoxlanmayıb.

Dağıntılarla əhatələnmiş şəhərin mərkəzində iki minarə ucalır. Burada hələ 1870-ci ildə tikilmiş məscid iki müharibə görüb. 1992-ci ildə bu məscidə Xocalıda öldürülən dinc sakinlərin meyitlərini gətiriblər. İndi məscidin içərisi boşdur.

Agdam

Şəklin mənbəyi, Max Lomakin / BBC

Şəklin alt yazısı, Ağdam məscidi və çörək muzeyi

Azərbaycan deyir ki, torpaqlar uğrunda 2881 nəfər həlak olub.

Ölü şəhərlər üçün bu qədər qan tökməyə dəyərdimi?

- Lazım olsaydı, bundan çox da dəyərdi, - Natiq Allahyarov deyir. - Döyüşə bilməyən qocalar bizim əsgərlərlə olmaq istəyirdi. Kimlər ki hələ cavandır, onlar da burada olmağı arzulayırdı. Mənim uşaqlarım bu yerləri görməyib, lakin onlar da deyirdilər ki, gəlmək istəyirlər. Və mən indi öz torpağım üçün ölməyə hazıram.

Keçmiş cəbhə xəttindən uzaq olan Bərdə şəhərində İradə Qurbanova kiçik oğlunun qəbri yanında durub. 22 yaşlı Xudayar bu müharibədə həlak olub. İradə deyir ki, o, mühasirəyə düşüb, "düşmən həddən çox olub", amma Xudayar da "çoxunu öldürüb".

İradə qırmızı qərənfillərlə örtülmüş oğlunun məzarı üstə gündə üç, bəzən dörd dəfə gəlir.

Məzarlıqda bu müharibənin iyirmiyədək şəhidlərinin məzarı güllə örtülüb. Onların şəkillərinin həkk olunduğu qəbir daşları çoxdan qoyulub.

Barda

Şəklin mənbəyi, Max Lomakin / BBC

Özü Ağdamda doğulmuş İradə Qurbanova torpaqlar uğrunda şəhid olmuş oğlu ilə fəxr edir.

- Bu torpaqlar oğlunuzun ölümünə dəyərmi?

İradə anlamır, necə belə sual vermək olar.

- Mən oğlum haqqında fikirləşəndə, yaşamaq istəmirəm. Lakin kimsə gərək bunu edəydi. Prezidentimiz əmr etdi, şəhidlərimiz torpaqlarımızı azad etmək üçün öz qanı və həyatını verdi. Oğul vətən üçündür. O etməsəydi... - İradə bir an susur, göz yaşını silir. - Neçə vaxtdır biz gözləyirik ki, atamın, babamın və nənəmin torpağı azad olsun. Oğul itirmək çox ağırdır. Ancaq onun etdiyi vacib olub.

Yerli taksi sürücüsü Elman Şirinovun evi qəbiristanlığın iki dəqiqəliyindədir. Oktyabrın 28-də "Smerç" raketi qələbəlik olan dördyol ağzına düşüb, 21 nəfəri öldürüb. Elman partlayışın episentrində sağ qalıb.

Şirinov çarpayının üstündə oturub. Düz onun başı üstündə Əliyevin şəkli asılıb. Şalvarının bir balağı qatlanıb, - Elçinin bir ayağı yoxdur.

Elchin

Şəklin mənbəyi, Max Lomakin / BBC

Şəklin alt yazısı, Elçin uşaqlarına yemək almaq üçün müalicəsi üçün ağrıkəsən dərmandan imtina etməlidir

- Raket düz maşınımın qabağına düşdü. Sürünə-sürünə maşından çıxanda ağrı hiss etmirdim. Gördüm - ayağım sallanır. Ətrafımda isə hamısı ölüdür.

Axşam üstü qohumları Elçini xəstəxanada tapıb. Ona kimi ayağını artıq kəsmişdilər. Ayağı ilə bir yerdə Elçin işini də itirib - daha taksiçilik edə bilmir, maşını da yanıb. Deyir ki, heç uşaqlara paltar almaq üçün də pulu yoxdur. Dərmanlar bahadır və Elçin ağrıkəsən iynələri almamağa çalışır ki, yemək üçün qənaət etsin. Ona ikinci qrup əlillik veriblər və 130 manat sosial pensiya təyin olunub.

Elçinin iki azyaşlı uşağı var - "gələcək əsgərlərdir, vətəni qoruyacaqlar", o əmindir.

"Sərhəd qoşunlarına gedəcəyəm, onların hamısını öldürəcəyəm," - birdən 11 yaşlı uşaq deyir. O ağlamağa başlayır. Anası ona dəsmal uzadır.

Bir addım yana - mina

90-cı illərin əvvəlində müharibədən qaçan insanlar, Natiq Allahyarov kimi, doğma torpaqlara qayıtmaq arzusu ilə yaşayır. Məmurlar bir-birinin sözünü kəsərək, vəd edirlər ki, yaxın aylarda elektrik və su təchizatını bərpa edərlər.

Мины

Şəklin mənbəyi, Max Lomakin / BBC

90-cı illərin əvvəlində müharibədən qaçan insanlar Natiq Allahyarov kimi, doğma torpaqlara qayıtmaq arzusu ilə yaşayır. Məmurlar bir-birinin sözünü kəsərək, vəd edirlər ki, yaxın aylarda elektrik və su təchizatını bərpa edəcəklər.

Ancaq birinci müharibədən yerdə qalan minaları belə tez zərərsizləşdirmək mümkün deyil. Azərbaycanın qaytardığı ərazilərdə əhalisiz torpaqların ölü sükutunu bəzən kəskin partlayış səsləri pozur. Minadan təmizləmə işləri gedir.

Füzuli şəhərini azərbaycanlılar hələ oktyabrın 17-də alıblar. İlk baxışdan o, Ağdamı xatırladır - dağılmış, viran edilmiş. Lakin diri. Burada hər yanda hərbi həyat izləri gözə çarpır. Atılmış səyyar radiolokator - maşının kapotundan raket mühərriki görünür. Yerdə hərbçi kamuflyaj sviteri. Boş kazarma binası. Metal şkaflarda lalıq nar və kiminsə yeyilməmiş səhər yeməyi.

Hər otaqda səliqəsiz tökülüb qalmış döşək və balışlar. Onların arasında - yumşaq tüklü balaca it cəmdəyi. Kazarmanın yaxınlığında - kiçik blindaj, torpaq sipərin üstündə - hərbi kaska. Aşağıya enmək olmaz - döşənəyin üstündə qazlı qumbara var.

Füzuli ətrafında kilometrlər uzunu - minalanmış sahələrdir. İstehkamçılar addımbaaddım onların arxasınca getməyi xahiş edirlər. Dar dəhlizdən yalnız bir-bir keçmək olar - sağ və sol tərəflərdən yerə göy rəngli payacıqlar sancılıb. Bu, minalar deməkdir.

Car

Şəklin mənbəyi, Max Lomakin / BBC

Bəzi minalar az qala 30 ildir ki, bu torpaqdadır. Bu vaxt ərzində torpaq yad cisimdən azad olaraq, onu xaricə sıxıb çıxarmağa başlayıb və artıq torpaq üzərində korpusların hissələri görünür. Başqa minalar yaxın vaxtlarda yerləşdirilib, onları görmək mümkün deyil.

Müharibə qurtardıqdan sonra Ağdam, Füzuli və Ağcabədi rayonlarında 40-dan çox insan minada partlayıb - baxmayaraq ki, ərazilərdə daima hərbçilər patrul keşiyi çəkir. Əsas işləri burada AHAMA (Azərbaycan Respublikasi Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) icra edir.

"Biz deyə bilmərik konkret nə qədər vaxt tələb olunar, - Füzuli rayonunda minalardan təmizləmə üçün məsul Mədəd Məmmədov deyir. - Bütün torpaqlar fərqlənir: yaşayış əraziləri, boş yer, meşələr, dağ rayonları. Hər birinin öz təmizləmə üsulları var və müxtəlif vaxt tələb olunur".

Ən kobud hesablamalara görə, bir nəfər bir gündə 25 kvadrat metrlik ərazini minadan təmizləyə bilər. AHAMA-nın 560 işçisi var. Bu tərkiblə torpaqların minadan təmizlənməsi 10 ildən çox çəkə bilər. Azərbaycan başqa ölkələrdən mütəxəssislər cəlb etmək niyyətindədir. İndiyədək Pakistan kömək etməyə razı olduğunu bildirib.

"Biz hələ kiçik bir ərazini təmizləmişik və artıq minlərlə mina tapmışıq. Məsələn, 30 metr enliyində minalanmış zolağa rast gəlirik və orada 100-150 mina aşkar edirik. Sonra bir-birinin ardınca 7-8 minalanmış sahə qarşımıza çıxır. Cəbhə xətti dəyişdikcə ərazilər hər dəfə yenidən minalanıb".

Карта

Mədəd Məmmədov belə bir minalanmış sahənin qırağında dayanıb - yeddi zolaq, minlərlə mina. Orta hissədə 200 metr uzunluğunda keçid təmizlənib.

Uzaqda, təpənin üstündə, hər yandan minalarla dövrələnmiş, iri ağ it susmadan hürür. O, yerindən tərpənmir. Oradan necə çıxacaq - aydın deyil.

Bu yerdən maşınla 10 dəqiqəlik məsafədə qızğın iş gedir. İnsanlar kərpic düzür, ekskavator işləyir. Burada Füzulini elektriklə təchiz edəcək yarımstansiya tikirlər.

Tikinti işlərini başlamaq üçün AHAMA torpağı 6 metr dərinliyində qazaraq 15 ərazini təmizləyib.

"Artıq elektrik avadanlığı quraşdırmağa və metal konstruksiyaları yığmağa başlamışıq. Bu yarımstansiyanı iki aya bitirməyi planlaşdırırıq. Başqa rayonlarda da, məsələn, Şuşada tikinti işləri görülür," - iş icraçısı Xəyyam Mustafayev izah edir.

Работы

Şəklin mənbəyi, Max Lomakin / BBC

İddialı plandır - yarımstansiya yaxınlıqda tikiləcəyi nəzərdə tutulan aeroportu elektrik enerji ilə təchiz etməlidir. Müharibə yekunlarına görə qaytarılmış Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmiş Prezident İlham Əliyev aeroportun beynəlxalq olacağını nəzərdə tutur ki, bölgəyə xarici turistlər gəlsin. Hələ ki, gələcək hava limanının yerində hamarlanmış düzənlikdir.

Suqovuşan (Madaqiz) qəsəbəsində də - Füzulinin şimalında - inşaat texnikası işləyir. Altı ay bundan əvvəl ermənilərin yaşadığı tünd qırmızı damlı evlərdən ibarət küçədə mərmi qəlpələri ilə çapılmış 13 ev artıq təmir olunub. Təzəcə boyanmış yeni plastik pəncərəli birmərtəbəli evciklər yeni sakinlərini gözləyir. İçəridə - divan, maşlar, kreslolar, mətbəx ləvazimatı və qaz qazanları var.

Qonşuluqdakı evlər hələ təmir olunmayıb. Evin həyətində - sınmış şüşə qəlpələri gözə dəyir. Küçədən görünür ki, ev sahibləri qaçarkən, tələsik bütün mebeli bir otağa daşıyıb: çarpayı divara sıxılıb, onu, üstünə ayaqları yuxarı çevrilmiş nahar masasının qoyulduğu komod saxlayır. Vaxtilə qonaq otağı olmuş böyük otağın tavanı qəlpələrdən batıq-batıqdır.

Sahədə erməni ailəsinin şəxsi əşyaları səpələnib: qab-qacaq, ayaqqabı, müşəmbə süfrə, uşaq rəsmləri və fotoşəkillər.

Church

Şəklin mənbəyi, Max Lomakin / BBC

Yaxınlıqda boş erməni kilsəsində - şam qalıqları, yerə tökülmüş yaşıl kamuflyaj cildli Əhdi-cədid. Bunların yanında - parça-parça olmuş ikonalar.

"Biz baxırıq ki, kilsə salamat qalsın. Baxın, divarda heç bir yazı yoxdur. Bəli, ikonaların bir hissəsinə zərər dəyib. Lakin bu, qəsəbəni alanda baş verib. Bəzi əsgərlər gənc, istiqanlıdır, emosional olublar. Ancaq indi biz buna yol vermərik," - Azərbaycan zabiti izah edir.

Hərçənd müharibədən sonra kilsənin üstündəki xaç yoxa çıxıb.

Kim ölmək istəyir ki?

Gənc oğlanlar əsgər payını hamı üçün bölərək gülüşürlər. Döyüşdən sonra palçıq içindəki əsgərlər tankın fonunda poza alırlar... Mansur Şükürov telefonunda müharibədən qalan şəkillərə yenə və yenə baxır. Bu kadrlarda həkk olanların əksəriyyəti həlak olub.

Mansurun komandanlığı ilə Füzuli yaxınlığında döyüşdən sonra təxminən 260 nəfərdən səkkizi sağ qalıb. Və o bu barədə düşünməyə bilmir. Mansur öz dəstəsi ilə mühasirəyə düşüb və üç sutka mühasirəni yarmağa çalışıblar.

Мансур

Şəklin mənbəyi, Max Lomakin / BBC

Şəklin alt yazısı, Mühasirədə Mansurun yeganə diləyi oğlunun yanına qayıtmaq olub

"10 gün xəstəxanada yatdığım zamanı hər gün ağlamışam ki, mən qayıtmışam, uşaqlar isə orada qalıb," - Mansur deyir. Ev şəraitində, çay fincanı əlində o, döyüşçü zabitə heç oxşamır.

Onun sol ayağı bir neçə yerdən güllə zərbəsi alıb, şalvarı içindən ombasından çıxan millər görünür.

Divanın yanındakı uşaq arabasında səkkiz aylıq uşağı sızıldamağa başlayır. Mansur oturduğu yerindən əlini oğluna uzadır.

"Yaralananda ilk öncə oğlumu fikirləşdim, onun yanına qayıtmaq istədim. Kim ölmək istəyir ki? Amma onda elə gəlirdi ki, mühasirədən çıxa bilməyəcəyəm. Sevindim ki, heç olmasa, uşağımın üzünü görə bilmişəm, çatdırmaya da bilərdim. Hamıya nəsib olmayıb".

Yaxınları deyirlər ki, Mansur tez-tez gecələr yuxudan ayılır. Həkimlər əmin deyillər ki, onun ayağını xilas edə bilərlər. İlk dəfə bu barədə söz açanda, Mansur qohumlarına deyib ki, bundan sonra yaşa bilməz və istəmir. Onu hərbi psixoloq yanına göndəriblər. Ona təskinedici dərman yazıb və döyüş yoldaşları dəfn edilmiş qəbiristanlığa getməyi qadağan ediblər.

- Bir də ki, məndə hər şey normaldır. Ümid edirəm, ümid edirəm, işə qayıdaram.

- Oğlunuz üçün nə gələcək görürsünüz?

- Mən uşaqlıqda futbolçu olmağı arzulamışam. Sonra hərbçi atama baxıb, başa düşdüm ki, seçim qarşısında dururam. Nəticədə hərbçi oldum. Elə bilirəm ki, oğlum böyüyüb öz seçimini özü edər. Mən ona futbolçu olmaq üçün kömək edə bilərəm. Lazım olsa, özüm öyrədərəm.

Пострадавшие дома

Şəklin mənbəyi, Max Lomakin / BBC

Müharibənin yekunlarına görə, Azərbaycan Dağlıq Qarabağ ətrafında yeddi rayonların hamısını özünə qaytarıb. Lakin mülki şəxslər buraya hələ gələ bilmirlər, çox təhlükəlidir.

Qaytarılmış şəhər və kəndlərə düşmək üçün dağlar və dağətəyindən dolaşıq gedən zamanın və müharibənin dağıtdığı yollarla keçmək lazımdır. Yol qırağına enmək son dərəcə təhlükəlidir - heç vaxt bilmirsən, harada ayağın minanı tapdalayar. Bu həftə daha bir nəfər Ağdam rayonunda minada partlayıb.

Ölkədə çoxları üçün bu yollar, onlara göründüyü kimi, artıq yaxınlaşmaqda olan qələbəyə və işıqlı gələcəyə aparan yolun simvoludur. Yolun hələ minalardan təmizlənməməsinə baxmayaraq, yayda Şuşada milli festivalın keçirilməsi nəzərdə tutulur.

Lakin ən ehtiyatlı hesablamalara görə, dinc sakinlər, onlarla bərabər həm də tam bir həyat bura uzun illərdən - ərazilərin minalardan təmizlənməsi, yeni yollar və evlər tikiləndən sonra qayıda biləcək.