MSK: 34 saylı DSK-nın 7 məntəqəsində səsvermənin nəticəsi ləğv edildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) 34 saylı seçki dairəsi üzrə yeddi məntəqəsində - 1, 2, 3, 4, 18, 30 və 35 saylı məntəqələrdə səsvermənin nəticələrini ləğv edib.
36 məntəqəsi olan bu DSK-dan Mixail Zabelin lider namizəddir.
Fevralın 13-də MSK 4 seçki dairəsinin nəticələrini ləğv etmişdi. Həmin dairələrdə Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Rauf Arifoğlu və Çingiz Qənizadə lider namizədlər idi.
Bəzi deputatlığa keçmiş namizədlər 9 fevralda keçirilmiş parlament seçkisində nəticəni şübhə altına ala bilən çoxlu qanun pozuntusunun baş verdiyini iddia edirlər.
Bazar günü Bakıda seçki nəticələrindən narazı olan bir qrup siyasi fəallar və deputatlığa keçmiş namizəd MSK-nın qarşısında keçirdikləri aksiyada parlament seçkisinin bütün dairələr üzrə nəticəsinin ləğvini tələb ediblər.
Polis aksiyada 100-dən çox şəxsi saxlayaraq ərazidən uzaqlaşdırıb.
Fevralın 9-da keçirilmiş erkən parlament seçkisində 1300-dən çox namizəd iştirak edib.
Prezident İlham Əliyev seçkidə "narahat edici" məqamların olmadığını, qanun pozuntularına yol verənlərin cəzalandırılacağını bildirib.
Milli Məclisi 2019-cu ilin dekabrın 5-də hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb.










