Azərbaycanı Eurovision-da Diana Hacıyeva təmsil edəcək

Şəklin mənbəyi, İctimai Televiziya
Eurovision 2017 ilə bağlı Münsiflər Heyətinin çərşənbə günü keçirilən iclasında Azərbaycanı Diana Hacıyevanın təmsil etməsi barədə qərar qəbul edilib.
Bu məlumatı İctimai Televiziyanın ictimayyətlə əlaqələr şöbəsi İTV-nin rəsmi saytında bəyan edib.
2012-ci ildə BBC Azərbaycancaya verdiyi müsahibədə, Diana Hacıyeva Londonda yerləşən barda verdiyi çıxışlar barədə danışıb.
Caz ifaçısı, Bəri Bax qrupunun keçmiş üzvü Diana Hacıyeva Eurovision Mahnı Müsabiqəsində Azərbaycanın 10-cu təmsilçisi olacaq.
