Conchita Wurst: parik və saqqal xoşuma gəlir
Avstriyanı təmsil edən Eurovison 2014-ün qalibi Conchita Wurst BBC-nin 100 qadın #100women layihəsində aparıcı rolunda çıxış etmiş britaniyalı aktrisa Kate Smurthwaite-ə müsahibəsində öz səhnə obrazı, yaradıclığı və dəyərləri barədə fikirlərini bölüşüb.
Əsl adı Tom Neuwirth olan müğənni Conchita obrazından hələki “yorulmadığını” vurğulayıb.
O, yaratdığı imicə mümkün qədər yaxın olmaq üçün əlindən gələni əsirgəmədiyini bildirib.
Eyni zamanda müğənni sosial şəbəkələrdəki tənqidə fikir vermədiyini deyib.
“Heç vecimə də deyil. Mən qeyri-nəzakətli insanam”, - BBC aparıcısı ilə söhbətdə Conchita Wurst bildirib.