“Eurovison 2014” müsabiqəsində avstriyalı Conchita Wurst qalib gəldi

Şəklin mənbəyi, AFP
“Eurovision 2014” mahnı müsabiqəsində “Rise Like a Phoenix” ("Simurq quşu kimi yüksəl") mahnısı ilə Avstriya nümayəndəsi Conchita Wurst 290 xalla qalib gəlib.
“Saqqallı xanım” Conchita Wurst 25 yaşlı transvestit Tom Neuwirth-in səhnə obrazıdır.
Səsvermə nəticələrinə görə, ikinci yeri 238 xalla Niderland qrupu The Common Linnets, üçüncü yeri – isveçli müğənni Sanna Nielsen tutublar.
Azərbaycanlı müsabiqə iştirakçısı Dilarə Kazımova 33 xalla 22-ci yeri tutub. Azərbaycan ifaçısına Ukrayna -1, Belorus -3, Gürcüstan – 7, Rusiya – 10, San Marino – 12 xal veriblər.
Qonşu ölkələrdən - Gürcüstan nümayəndəsi final mərhələdə iştirak etmək hüququ qazana bilməyib, Ermənistan təmsilçisi Aram MP-3 isə 174 xalla dördüncü yeri tutub. Ermənistan iştirakçısına Avstriya, Gürcüstan və Fransa – 12, Belorus, Latviya, Monteneqro və Ukrayna – 10 xal veriblər.
Ukrayna 113 xalla 6-cı, Rusiya 87 xalla 7-ci yerləri tutublar.
Azərbaycan ən yüksək xalları Rusiyaya (12), Ukraynaya (10) və Macarıstana (8) verib.
