Eurovision 2014: maraq doğuran iştirakçılar

Şəklin mənbəyi, BBC World Service
Şənbə günü Danimarka paytaxı Kopenhagendə keçiriləcək finalda iştirak etmək iddiasında olan ifaçılar "ələkdən" keçməli olacaqlar. Görəsən bu ilki iştirakçılardan hansıları daha çox diqqəti çəkir?
Çərşənbə axşamı və cümə axşamı keçiriləcək yarımfinallarda 31 iştirakçıdan yalnız 20-i şənbə gününə təyin olunmuş finala vəsiqə qazana biləcəklər.
Yarımfinal "ələyindən" keçənlərə finalda "böyük beşlik" (Britaniya, Fransa, İspaniya, İtaliya, Almaniyaya) və ev sahibi Danimarka qoşulacaq.
Hazırkı favoritlər siyahısına Ermənistan təmsilçisi Aram Mp3, İsveç musiqi reytinqlərinin lideri Sanna Nielsen, Norvecli Carl Espen, Danimarkada 2006-cı ildə "X Factor" musiqi müsabiqəsində 4-cü olmuş müğənni Basim daxildirlər.
Bu ilki müsabiqənin ən maraqlı, qəribə və gözədəyən iştirakçılarından bəzilərinə diqqət yetirək.
Saqqallı xanım: Conchita Wurst - Avstria

Şəklin mənbəyi, BBC World Service
Avsrtiya nümayəndəsi Conchita Wurst transvestitdir, bundan əvvəl kişi musiqi qrupunun lideri Tom Neuwirth kimi tanınıb.
"Saqqallı xanım" adı qazanan müğəni deyir ki, saqqal "tolerantlıq simvoludur".
"Hər kəs həyatını parlaq edə bilər", müğənni BBC-yə deyib.
"Əgər sən saqqallı xanım olmaq istəyirsənsə - ol, axı bununla heç kimin yolunu keçmiş olmursan", o düşünür.
Amma onunla heç də hamı razı deyil - Conchita bu yaxınlarda internetdə transfobik istifadəçilərlə üzləşməli olub. Rusiya, Ermənistan və Belarusdan olan mühafizəkar etirazçılar müsabiqəni "sodomiya ocağı" adlandırıblar.
Celine Dion-un pərəstişkarı olan müğənni "Rise Like a Phoenix" ( "Simurq quşu kimi yüksəl") mahnısı ilə cümə axşamı yarımfinalında çıxış edəcək.
Mahnıda "çətinliklərdən dərs götürmək" məsləhəti verilir.
Ümidverici hipsterlər: Twin Twin – Fransa

Şəklin mənbəyi, BBC World Service
Fransalı qrupun təqdim edəcəyi "Bığ" mahnıdan aydın olur kı, üz tükü mövzusundan faydalanan təkcə Conchita Wurst deyil.
Twin Twin's şən ruhlu mahnısı "hər şeyin olmasına baxmayaraq, üstəlik bığ da arzulayan bir özündən razı kişidən bəhs edir".
Mahnı “yumorlu və şən tərzdə aşırı istehlakçılıq vərdişinə aludəçiliyi" tənqid edir.
Trio artıq bu mahnısı ilə bütün dünaynı, demək olar, gəzib, pərəstişkarların qarşısında çıxış edib və ümid edir ki, şənbə günü onların səsini qazana biləcək.
İngilis bayrağı etibar edilmiş müğənni: Molly - Britaniya

Şəklin mənbəyi, BBC World Service
Müğənni 6 ay bundan əvvəl musiqi karyerasını maliyyələşdirmək üçün dükanda işləyib, lakin BBC-nin yeni istedadlar on-line müsabiqəsində seçildikdən sonra 26 yaşlı Molly Smitten-Downes bu ilin Eurovision yarışına namizədə çevrilib.
Müğəni qarşısında bu ilin Eurovision müsabiqəsi üçün mahnı yazmaq tapşırığı qoyulub - nəticədə Eurovision-2014 yarışında "Children of the Universe mahnısı" ( "Kainatın övladları") məhz Molly Smitten-Downes təmsil etməyə layiq görülüb.
Molly deyir ki, mahnısına "müsbət reaksiya olub". Britaniyada ümid edirlər ki, Molly bu il hər halda 2012-ci ildə 26 finalçı arasında 25-ci yeri tutmuş Engelbert Humperdinck-dən daha yaxşı çıxış etməlidir.
Molly-nin "böyük beşliyin" nümayəndəsi kimi finala birbaşa vəsiqəsi var.
Kopenhagenə yola düşməkdən əvvəl müğəni BBC-yə deyib ki, finala qədər evdə oturub səs tellərini qorumaq niyyətindədir.
Hip-hop ulduzları: Donatan & Cleo - Polşa

Şəklin mənbəyi, BBC World Service
Prodüser Donatan və müğənni Cleo Polşada top onluğa daxil olan hit yaratdıqdan sonra, ötən ilin oktyabr ayında duetdə birlıəşiblər.
Onların orijinal videosuna YouTube-da 40 milyon dəfə baxılıb, indi isə duet Eurovision üçün "My Slowianie" mahnısının ingilisdilli variantını ("We Are Slavic" - "Biz slavyanıq") hazırlayıb .
Prodüser Donatan Polşada 50–dən çox müsiqi albomunun müəllifidir, onlardan bir neçəsi qızıl və platinum mükafatlara layiq görülüb.
Mumford and Sons qrupunun bənzəri: Firelight - Malta

Şəklin mənbəyi, BBC World Service
Əgər siz Marcus Mumford üslubunda folk-country-rock sintezini sevirisizsə, ola bilsin ki, Firelight's qrupunun "Coming Home" ("Evə qayıdış") mahnılsını bəyənəcəksiniz.
Malta qrupu “ailəvi qrupdur”, qrupun lideri Richard və bacısı Michelle-dir, qardaşları Wayne və Daniel, dostları Leslie və Tony isə onlara dəstək verir.
Bir qədər fərqli musiqi yaratmaq üçün onlar "dağ simbalı" adı ilə tanınan simli musiqi alətlərdən istifadə edirlər.
Richard-ın sözlərinə görə bu müsiqini Amerikada Appalaçı dağları sakinləri arasında tez-tez eşitmək olur.
Tort sevənlərin nəzərinə : Aarzemnieki - Latvia

Şəklin mənbəyi, BBC World Service
Latviyadan olan Aarzemnieki qrupunun "Cake to Bake" ("Tort bişirmək" ) mahnısı Eurovision müsabiqəsində yenilik göstərmək ənənəsinə tam uyğun gəlir.
Ötən ay Londonda Eurovision müsabiqəsinə hazırlıq çərçivəsində keçirilmiş konsertdə öz çıxışını qrup BBC-nin "Great British Bake Off" verilişinin münsifi Mary Berry-yə həsr edib.
Bu mahnı bu ilin populyar Eurovision havaları siyahısında yuxarı yerdə olmalıdır.
Bu il Eurovision müsabiqəsinə təam mövzusunda mahnı təqdim edən təkcə Aarzemnieki qrupu deyil.
Belarusu təmsil edən müğənni Teo ümidlərini "Cheesecake" ("Kəsmik tortu") adlı mahnıya bağlayıb.
X Factor müsabiqəsinin iştirakçısı: Ruth Lorenzo - İspaniya

Şəklin mənbəyi, BBC World Service
İspaniya nümayəndəsi Ruth Lorenzo 2008-ci il Britaniyada "X Factor" müsiqi müsabiqəsində iştirak edib. O zaman o, həmin müsabiqədə 5-ci yeri tutmişdu.
Ruth Lorenzo "Dancing in the Rain" ("Yağış altında rəqs") trekini Londonda yazıb. Onun sözlərinə görə, Britaniya iqlimi onu bu mahnını seçməyə sövq edib.
"Britaniyalı pərəstişkarlarım məni dəstəklədiklərinə görə özümü çox xoşbəxt sayıram”, Ruth BBC-yə bildirirb.
Müğənni Britaniyadan müsabiqə zamanı 12 xal alacağına ümid etdiyini bildirib.
Uşaq Eurovision-un qalibləri: Tolmaçev bacıları - Russia

Şəklin mənbəyi, BBC World Service
Tolmaçev baçıları Eurovision müsabiqəsində ilk dəfə deyil ki çıxış edirlər.
Rumıniyada 2006-cı ildə, onlar 9 yaşında olarkən, Tolmaçev bacıları uşaqlar arasında keçirilən Eurovision mahnı müsabiqəsində qələbə qazanmışdılar.
Anastasiya and Mariya o zaman Rusiyaya 154 xal qazandırmışdılar
İndi onların 17 yaşı var, onlar eyni geyimdə səhnəyə çıxacaqlar. Baçılar ümid edirlər ki, onların "Shine" ("İşıq saç") mahnısı uğur qazanacaq.
Bacılar finala vəsiqə qazanmaq ümidilə çərşənbə axşamı, Ukraynalı Maria Yaremçuk-dan əvvəl, səhnəyə çıxacaqlar.
Favorit: Aram Mp3 – Ermənistan

Şəklin mənbəyi, BBC World Service
Ermənistan nümayəndəsinin çıxışı çərşənbə axşamı Eurovision müsabiqəsi çərçivəsində ediləcək çıxışlara start verəcək.
Mərcxanalarda və pərəstişkarları arasında o, bu ilki Eurovision müsabiqəsinin ən güclü iştirakçılarından sayıllır.
Aram "Not Alone" ("Tək deyiləm") mahnısını təqdim edəcək . Mahnıda ballada və "dubstep" üsullarından istifadə edildiyindən nəğmənin havası sankı enerjilə doldurulub.
Vətənində məşhurlaşdığına baxmayaraq, Aram özünü ulduz saymır və təvazökar həyat tərzinə üstünlük verir.
Onun sözlərinə görə, musiqi "onu müalicə edir". Gənc yaşlarında Aramın nəfəsalma sistemində problem olduğundan, həkimlər ona oxumağı məsləhət görüb, valideynləri də uşağı mahnı xoruna yazdırıb. O vaxtlardan Aramın səhhəti yaxşılaşıb.
Ən yaxşı adı olan qrup: Pollaponk - İslandiya

Şəklin mənbəyi, BBC World Service
Yayıldığı videoçarxlara əsasən Pollaponk eyni, lakin rəngarəng geyimlərdə çıxış etməyə üstünlük verir.
Qrup Eurovision-2014 müsabiqəsinə təqdim etdiyi "No Prejudice" ( "Qərəzçiliksiz") mahnısını da bu geyim üslubundan istifadə edərək ifa edir.
Qrupun təsisçiləri Haraldur Freyr Gislason və Heidar Orn Kristjansson Botnledja əvvəllər Post-Punk qrupunda çıxış ediblər, lakin 2006-cı ildə müəllimlik kurslarını bitirmək ərəfəsində Pollaponk qrupunu yaradıblar
Onlar ilk albomunu kurs işi kimi işləyiblər və həmin albom uşaq və böyüklər arasında əsl hitə çevrilib.
"No Prejudice" mahnısında nitq çətinliyi olan gəncdən bəhs edilir. O ehtiyat edir ki, omum qüsuruna görə təhqid ediləcək və ya lağa qoyulacaq.
3-cü dəfədən bəxti gətirəcəyinə ümidli : Valentina Monetta - San Marino

Şəklin mənbəyi, BBC World Service
San Marino nümayəndəsi Valentina Monetta Eurovision müsabiqəsində 3-cü dəfədir ki bəxtini sınayacaq və finala çıxmağa cəhd edəcək.
Müğənni 2012-ci ildə Azərbaycanda və 2013-cü ildə İsveçin Malmö şəhərində keçirilmiş müsabiqələrdə yarımfinalda çıxış etsə də, finala vəsiqə qazanmağa müvəffəq ola bilməmişdi.
Bu dəfə onun seçdiyi mahının adı "Maybe" ("Ola bilər") olduğundan, Valentinanın üçüncü cəhdinin daha uğurlu olacağına ümidlərini itirmədiyi təəssüratı yaranır. Ola bilsin ki, bu dəfə Copenhagen-də onun bəxti gətirsin.
Azərbaycan nümayəndəsi: 29-yaşlı Dilarə Kazımova

Şəklin mənbəyi, apa
Dilarə Kazımova Eurovision müsabiqəsində çıxış etmək hüququnu qazanmaq üçün uzun yaradıcılıq yolu keçib.
O, 2008-ci və 2010-cu illərdə Eurovision-a vəsiqə qazanmaq uğrunda milli müsabiqələrin iştirakçısı olub. 2008-ci ildə Unformal qrupu, 2010-cu ildə isə Milk&Kisses qrupu tərkibində həmin musiqi yarışlarında 2-ci yeri qazanıb. İndi isə Dilarə Avropada da uğur qazanacağına ümid edir.
Dilarə peşəkar kimi oxumağa 14 yaşından başlayıb. O, Üzeyir Hacıbəyov adına Bakı musiqi Akademiyasını, sonra isə opera ifaçısı kimi Bakı Konservatoriyasını bitirib. Dilarə Eurovision müsabiqəsində "Start a fire" mahnısını ifa edərək yarım finala çıxıb.




