Danimarkada "Eurovison 2014" müsabiqəsinin final mərhələsi başlanıb

Mariya Yaremçuk finalda çıxış edən ilk müğənni olacaq.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Mariya Yaremçuk finalda çıxış edən ilk müğənni olacaq.

Püşkatmaya əsasən mahnı müsabiqəsinin final mərhələsini ukraynalı müğənni Mariya Yaremçuk açacaq.

Azərbaycanı təmsil edən Dilarə Kazımova mayın 6-da yarımfinal mərhələsini keçdikdən sonra finala vəsiqə qazanıb.

29 yaşlı müğənni "Start A Fire" mahnısını ifa edəcək.

Finalda yarımfinalların 20 qalibi, müsabiqəni təsis edən Almaniya, Britaniya, İspaniya, İtaliya, Fransa və Danimarka müğənniləri yarışacaqlar.

Bu ilin əsas favoritləri İsveç, Hollandiya və Avstriya nümayəndələri sayılır.

“Eurovision 2014” konsert səhnəsi Kopenhaqenin şərqindəki Refxaleen adasında yerləşir.

"Eurovison"da qonşuların bir-birlərinə səs verməsi dəfərlə tənqid olunub.

Belə ki, yarışçının çıxışı əvəzinə daha çox onun təmsil etdiyi ölkəyə dair siyasi və tarixi rəğbətlər nəzərə alınır.

Avropa Yayım Şurasının 46 üzv ölkəsinin iştirak etdiyi Eurovision müsabiqəsi 1956-cı ildən keçirilir.