Azərbaycanın Eurovision 2014 mahnısı

2014-cü il Eurovison mahnı müsabiqəsində Azərbaycanı 29 yaşlı Dilarə Kazımova "Start A Fire" mahnısı ilə təmsil edəcək.

Mahnını Stefan Örn, Johan Kronlund və Alessandra Günthardt bəstələyib.

Dilarə Kazımova mayın 6-da yarımfinal mərhələsini keçdikdən sonra, mayın 10-da keçiriləcək finala çıxıb. Birinci yarımfinalda çıxış edən müğənni 5-ci yerdə qərarlaşıb.

O, Üzeyir Hacıbəyov Musiqi Akademiyasında dərs alıb, Bakı Konservatoriyasının məzunudur.

Bu il Eurovision Danimarka paytaxtı Kopenqagendə keçirilir.

Video: Eurovision TV