Eurovision-2013: Danimarkalı Emmelie de Forest qalib gəldi

Danimarkalı müğənni Emmelie de Forest “Only teardrops” mahnısı ilə İsveçin Malmö şəhərində keçən Eurovision-2013 mahnı müsabiqəsinin qalibi tanınıb.
20 yaşlı Emmelie de Forest 281 ball qazanıb.
İkinci yeri “Hold me” şousu ilə çıxış edən Azərbaycan nümayəndəsi Fərid Məmmədov (234 ball), üçüncü yeri öz “Gravity” mahnısı ilə çıxış edən ukraynalı Zlata Oqneviç (214 ball) tutublar.
Gürcüstan 15-ci, Ermənistan isə 18-ci yerləri tutublar.
Rusiyanın nümayəndəsi Dina Qaripova 5-ci yerlə kifayətlənib.
Azərbaycan ifaçısına 9 ölkə 12 ball verib
Avstriya, Bolqarıstan, Gürcüstan, İsrail, Litva, Macarıstan, Malta, Monteneqro, Rusiya, Yunanıstan 12 ball veriblər.
Belorus, Rumıniya, Ukrayna, 10 – Fransa, Kipr və Moldova – 8 ball təqdim ediblər.
Azərbaycan isə 8 ballı Maltaya, 10 balı Gürcüstana, 12 balı isə Ukraynaya verib.




