Loreen - Eurovision-2012 mahnı müsabiqəsinin qalibi

Loreen - Eurovision 2012 müsabiqəsinin qalibi.

Isveç nümayəndəsi Loreen Bakıda ifa etdiyi Euphoria mahnısı ilə inamlı qələbə qazanıb.

Finaldan sonra keçirilmiş mətbuat konfransında Loreen ona azarkeşlik etmiş və səsvermiş bütün tamaşaçılara təşəkkürünü bildirərək deyib: "Bu bizim hamımızın qələbəsidir".

Beləliklə, Eurovision-2013 mahnı müsabiqəsi gələn il Stokholmda keçəcək. Eurovision-2013 müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14, finalı isə mayın 16-da keçiriləcək.