Ermənistan polisi Qazaxla sərhəd kənddə yolu bağlayıb

Şəklin mənbəyi, 168.am
Ermənistan polisi Tavuş rayonunda İcevandan Kirantsa gedən yolu bağlayıb, yalnız yerli maşınların girişinə icazə verir, yerli media bildirib.
Videonu YOUTUBE kanalımızda izləyin.
Kirants sakinləri bir neçə gündür ki, dörd kəndin Azərbaycana verilməsinə etiraz edirlər.
Yerli media 30-a yaxın şəxsin saxlandığını və sonra sərbəst buraxıldığını bildirib.
İddialara görə, onlar Azərbaycana qaytarılacaq 4 kənddə aparılan minatəmizləmə işlərinə müdaxilə etdikləri üçün saxlanıblarmış.
Amma hələ də onları kəndin içinə buraxmrlar, yerli media xəbər verir.
Minatəmizləyənlər ərazidə işlədikləri üçün polis yolu bağlayaraq ora heç kəsi buraxmır.
Ermənistan rəsmiləri bildiriblər ki, Tavuş vilayəti Kirants və Qazax rayonu Xeyrimli kəndləri ərazisində minalardan təmizləmə işləri başlayıb.
Bölgədə dövlət sərhədinin bərpası üçün erməni və azərbaycanlı mütəxəsislər dəqiqləşdirməsi işləri aparırlar.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube







