Türkiyə Gülen tərəfdarları ilə bağlı Qırğızıstana xəbərdarlıq edib

Mevlüt Çavuşoğlu gülençilərin siyahısını Qırğızıstana göndərdiklərini bildirib

Şəklin mənbəyi, AP

Şəklin alt yazısı, Mevlüt Çavuşoğlu gülençilərin siyahısını Qırğızıstana göndərdiklərini bildirib

Türkiyə Fethullah Gülen tərəfdarlarının mümkün çevriliş cəhdi ilə bağlı Qırğızıstana xəbərdarlıq edib, Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.

“Hər gün [gülənçilərin] mövcudluğu artmaqdadır və onlar həmçinin Qırğızıstanın rəhbərliyinə nüfuz edirlər,” Türkiyənin Hürriyet qəzeti cənab Çavuşoğluna istinadən yazır.

Türkiyə xarici işlər nazirinin bildirdiyinə görə, onlar gülənçilərin Qırğızıstanda çevrilişə cəhd edə biləcəkləri ilə bağlı Qırğızıstana xəbərdarlıq ediblər.

“Onların [gülençilər] Qırğızıstanı özlərinə təməl seçməsi ölkə üçün ciddi təhlükədir. Onlar Qırğızıstanın dövlət qurumları daxilində geniş yayılmaqdadırlar,” cənab Çavuşoğlu əlavə edib.

Onun bildirdiyinə görə Qırğızıstan gülənçilərin sihayısını tələb edib və Türkiyə bu siyahını onlara göndərib.

Qırğızıstanın reaksiyası

Məsələ ilə bağlı Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Qırğızıstanın cənab Çavuşoğlunun bəyanatını nəzərə alacağı bildirilsə də, Qırğızıstanın müstəqil ölkə olduğu xatırladılır.

“Biz Türkiyənin narahatçılığını anlayışla qarşılayırıq, lakin eyni zamanda xatırlatmaq istəyirik ki, Qırğızıstan müstəqil, suveren dövlətdir və nəyin yaxşı və nəyin pis olduğunu anlamaq iqtidarındadır,” Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda əlavə olunur ki, Qırğızıstan ölkədəki türk təhsil ocaqları ilə bağlı vəziyyəti nəzərdən keçirir və zəruri addımları atacaq.

“Lakin vurğulamaq istəyirik ki, bu, ölkəmizin sırf daxili işidir,” bəyanatda əlavə olunur.

Hazırda Qırğızıstanda din xadimi Fethullah Gülen şəbəkəsinə məxsus azı 15 məktəb və bir universitet fəaliyyət göstərir.

Türkiyə xarici işlər nazirinin bildirdiyinə görə rəsmi Ankara çevriliş təhlükəsi ilə bağlı digər ölkələri də xəbərdar edib.

Türkiyədə baş vermiş çevrilişə cəhdin ardından Azərbaycanda gülençi şəbəkəyə məxsus <link type="page"><caption> Qafqaz Universiteti fəaliyyətini dayandıraraq</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/07/160720_qafqaz_uni_closed" platform="highweb"/></link> Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilib

Türkiyə hökuməti İyulun 15-də baş vermiş çevrilişə cəhdin arxasında ABŞ-da məskunlaşmış din xadimi Fethullah Gülenin dayandığnı bildirir.

Cənab Gülen <link type="page"><caption> ittihamları rədd edir</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2016/07/160718_fetullah_gulen_interview" platform="highweb"/></link>.