Fethullah Gülen: “Məsələ ssenari şəklində cərəyan edir”

Türkiyə hökuməti həftə sonu baş vermiş çevrilişə cəhdin arxasında ABŞ-da yaşayan din xadimi Fethullah Gülenin dayandığını iddia edir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan cənab Gülenin ABŞ-dan ekstradisiya olunmasına çağırıb.

Pennsylvania-dakı evində jurnalistlərə müsahibə verən din xadimi ittihamları rədd edir.