"Qərbi Ermənistan" və "Şimali Kipr" tanınmamış dövlətlərin kuboku yarışında

"Qərbi Ermənistan", "Yaponiyada Birləşmiş Koreyalılar", "Şimali Kipr", "Kürdüstan" və digər tanınmamış "dövlətlər" Gürcüstandan ayrılmış Abxaziyada futbol üzrə dünya kuboku yarışması keçiriblər.
Ev sahibi olan "Abxaziya respublikası" turnirin qalibi olub və "dünya kubokunu" qazanıb. Ötən həftə baş vermiş çempionatda Abxaziya, Pəncab adlı "dövlətə" qalib gəlib.
Tanınmamış dövlətlərin Dünya Kuboku rəsmən müstəqil tanınmayan ölkələr arasında keçirilir.
Turniri Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası (Conifa) təşkil edir. Bu qurum futbolun dünya üzrə idarəedici orqanı olan Fifa-ya qoşula bilməyən milli komandaları təmsil edir.
Şimali Kipr Conifa-nın 2016-cı il Dünya Futbol Kuboku yarışmasında Padaniyaya 0-2 hesabı ilə qalib gələrək üçüncü yeri tutub. Padaniya İtaliyanın şimalında yerləşən ərazidir. Buradakı regional hərəkat İtaliyadan daşha çox muxtariyyət və müstəqillik tələb edir.

Özünü müstəqil elan etmiş və əsasən türklərin yaşadığı Şimali Kipr, beynəlxalq icmaiyyət tərəfindən Kipr Respublikasının bir hissəsi kimi tanınır. Türkiyənin müttəfiqi olan Azərbaycan da Şimali Kiprin müstəqilliyini tanımayıb.
"Qərbi Ermənistan" oyunlarda Laplandiyaya 0-3 hesabı ilə məğıub olub.
Laplandiya və ya Sapmi Avropanın şimalında yerləşir və Norveç, İsveç, Finlandiya və Rusiyaya qədər uzanır. Bu ərazinin ölkələrdən ayrılmasını heç bir siyasi təşkilat təbliğ etməsə də, bəzi qruplar daha çox ərazi muxtariyyəti istəyir.
Qərbi Ermənistan Türkiyənin şərq hissələrinə, keçmiş Osmanlı imperiyası ərazilərinə istinadla ermənilərin işlətdiyi termindir. "Qərbi Ermənistan Futbol Federasiyası" ötən il yaradılıb.




