Azərbaycana da dərman qaçaqmalçılığında "şübhəli bilənənlər saxlanılıb"

Türkiyə polisi 7 şəhərdə saxta reseptlə dərman qaçaqmalçılığı ilə məşğul olan 28 nəfəri həbs edib.
Şübhəlilər təxminən 2 milyon dollardan artıq dəyəri olan bahalı dərmanın qaçaqmalçılığı ilə məşğul olmaqda ittiham edilir, Türkiyənin Sabah qəzeti yazıb.
Onlar Suriya, Misir, İraq və Azərbaycana da dərman qaçaqmalçılığı ilə məşğul olmaqda da şübhəli bilinir.
Bu, Türkiyədə bu ay həyata keçirilmiş ikinci əməliyyatdır. Bu əməliyyat zamanı həkimlər və tibb işçilərinin də daxil olduğu şübhəli şəbəkə aşkarlanıb.
İstanbul polisi bildirib ki, əməliyyat Ankara, Adana, Hatay, Kastamonu, Kocaeli və Mardində reallaşdırılıb.
Çərşənbə günü polisin maliyyə cinayətləri şöbəsi həkimlər, əczaçılar və dərman distributorlarını şübhəli şəxs qismində saxlayıb.
Dəstənin aşkarlanması iki il davam edən müşahidə nəticəsində mümkün olub. Media yazır ki, şaxlanılanların biri Suriya, qalanları Türkiyə vətəndaşlarıdır. Daha 18 nəfərsə axtarışdadır.
Qaçaqmalçılıq sxeminin belə olduğu iddia edilir: Əvvəlcə dəstə həkimlərin dərman sifariş verdiyi elektron resept sisteminə müdaxilə edərək parol və xəstələr haqda məlumatları əldə edib. Sonra onlar xərçəng, şəkər və hemofiliya xəstələri üçün nəzərdə tutulan yüksək qiymətli dərmanları adları çəkilən şəhərlərdə əczaçılarla birgə xəstələrə satıb. Bu, dələduzluğun üstünün açılmaması üçün edilib.
Media bildirir ki, dələduzluğun miqyası polisin 55 nəfər onkoloji xəstə ilə danışdıqdan sonra məlum olub. Saxlanılan şəxslər kimliyi açqılanmayan bu şəxslərə dərman satmaqda ittiham edilir.
Şübhəlilər şəbəkə olaraq sənədlərin saxtalaşdırılması, fərdi məlumatların qanunsuz istifadəsində ittiham olunurlar.
Mayın 3-də Türkiyə polisinin qaçaqmalçılıqla mübarizə şöbəsi 90 həkim və səhiyyə işçisi də daxil olmaqla, 107 nəfəri saxlayıb.
Onlar bahalı dərman aldırmaq üçün saxta resept verməkdə ittiham edilir. Polis bildirib ki, xəstələr PKK-nin da iştirak etdiyi qara bazardan dərman almağa məcbur olub. Reseptlərdəki dərmanların ümumi dəyəri 14,129,540 dollardır.



