Türkiyə Aİ ilə vizasız müqaviləyə "ümidini itirir"

Volkan Bozkır Türkiyənin anti-terror qanunlarınının dəyişilməsini qeyri-mümkün adlandırıb

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Volkan Bozkır Türkiyənin anti-terror qanunlarınının dəyişilməsini qeyri-mümkün adlandırıb

Avropa İttifaqı işləri üzrə türkiyəli nazir BBC-yə deyib ki, türklərin Avropada vizasız səyahəti barədə müqavilənin əldə edilməsinə "ümidini itirib".

Volkan Bozkır Türkiyənin anti-terror qanunlarınının dəyişilməsini qeyri-mümkün adlandırıb.

Aİ Türkiyədən "terrorizm" anlayışını daraltmağı, həmçinin vizasız səyahət üçün 4 əsas meyara cavab verməsini istəyir.

Bu iki tərəf arasında imzalanmış Avropanın miqrasiya böhranın asanlaşdırılmasına yönəlmiş böyük razılaşmanın bir hissəsidir.

Çərşənbə günü cənab Bozkır Türk vətəndaşları üçün vizasız səyahətin əldə edilməsinə ümidinin "daha da azaldığını" BBC-yə deyib.

O, danışıqların mühüm mərhələyə çatdığını deyərək, Türkiyənin artıq kifayət qədər işlər gördüyünü bildirib.

O, bu şərhi Strasburqda Avropa Parlamentinin baş üzvləri ilə görüşdən bir gün sonra verib.

Ötən həftə Türkiyə prezidenti Recep Tayyip Erdoğan Ai-yə xəbərdarlıq edib ki, Ankara anti-terror qanunlarını dəyişməyəcək.

"Biz öz yolumuzla gedəcəyik, siz də öz yolunuzla gedin", o deyib.

Türkiyə və Şimali Afrikadan Avropa gələn böyük qaçqın və miqrant axını Aİ dövlətləri arasında siyasi böhrana səbəb olub

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Türkiyə və Şimali Afrikadan Avropa gələn böyük qaçqın və miqrant axını Aİ dövlətləri arasında siyasi böhrana səbəb olub

Aİ və insan hüquqları qrupları Ankaranı anti-terror qanunvericiliyindən jurnalistləri qorxutmaq və fərqli düşüncəni boğmaq üçün istifadə etməkdə ittiham edib.

Ankara bu ittihamları rədd edir və bildirir ki, qanunlara yaraqlı qruplarla mübarizə üçün ehtiyacı var.

Aİ və Türkiyə arasında imzalanmış sazişdə deyilir ki, viza rejiminin iyunun sonunadək ləğv edilməsi üçün Ankara mayın 4-nə qədər 72 şərti yerinə yetirməlidir.

Avropa Komissiyası bu ayın əvvəlində bildirib ki, Türkiyənin 72 şərtin əksəriyyətini yerinə yetirməsindən məmnundur.

Amma Avropa Parlamenti bütün meyarlar yerinə yetirilmədən səsvermədən imtina edir, Strasburqdan BBC müxbiri Jonathan Blake xəbər verir.

Razılaşma, Türkiyə Egey dənizini keçərək Yunanıstana gələn miqrantları geri götürməsi üçün təklif edilib.

Aİ qorxur ki, bu olmadan Türkiyə miqrasiyaya nəzarət edə bilməyəcək.

Türkiyə tərəfindən yerinə yetiriləcək beş standart:

  • Korrupsiya: Türkiyə Aİ-nin tövsiyələrinə uyğun olaraq korrupsiyanın qarşısını almaq üçün tədbirlər keçməlidir
  • Məlumatların qorunması: Aİ standartlarına uyğun olaraq fərdi məlumatların qorunmasına dair milli qanunvericilik yaratmalıdır
  • Avropol: qitənin hüquq-mühafizə agentliyi ilə bağlanmış saziş
  • Məhkəmə əməkdaşlığı: cinayət məsələlərində bütün Aİ üzvləri ilə birgə işlənilməlidir
  • Terror haqqında qanunvericilik: Türkiyə həm də terror barəsindəki qanunvericiliyini Avropa standartlarına uyğunlaşdırmalıdır
Türkiyə viza liberallaşdırılması həyata keçirilməsə, Yunanıstandan miqrantların geri alınmasını dayandıracağını deyib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Türkiyə viza liberallaşdırılması həyata keçirilməsə, Yunanıstandan miqrantların geri alınmasını dayandıracağını deyib

Aİ viza liberallaşdırılmasını həyata keçirməsə, Türkiyə Yunanıstandan miqrantların geri alınmasını dayandıracağını deyib.

Türkiyə və Şimali Afrikadan Avropaya gələn böyük qaçqın və miqrant axını Aİ dövlətləri arasında siyasi böhrana səbəb olub.

Aİ ilə Türkiyə arasındakı razılaşmaya əsasən, martın 20-dən etibarən Yunanıstana qanunsuz gəlmiş miqrantlar sığınacaq üçün müraciət etmirlərsə və ya müraciətləri rədd edilirsə, onlar Türkiyəyə geri göndərilməlidir.

Türkiyəyə qayıdan hər bir suriyalı mühacir üçün Aİ sığınacaq ərizəsilə ilə müraciət etmiş daha bir suriyalını qəbul etməlidir.