Türkiyə viza güzəştinə hazırlaşarkən Aİ-də gərginlik yaşanır

- Müəllif, Katya Adler
- Vəzifə, BBC, Avropa məsələri üzrə redaktor
Avropa Komisisyası çərşənbə günü Türkiyə ilə vizasız rejimi tətbiq etməyi məsləhət görsə, Aİ bu məsləhətə əməl edəcək, məlumatlı avropalı rəsmilər deyirlər.
Aİ digər ölkərlə hətta qısa müddətə vizasız rejimə keçmək üçün söz azadlığı, ədalətli məhkəmə və azlıqların hüquqlarını təmin etməyi tələb edir.
Ankara tənqidçilərinə qarşı demokratiyadan daha çox avtokratik tərzli addımlar atır.
Türkiyə Aİ tərəfindən irəli sürülmüş bir sıra tələbləri yerinə yetirməyib. Lakin indiki dövr fərqlidir.
Avropa Komissiyası və Avropa İttifaqı ölkələrində hökümətlər miqrant böhranını yüngülləşdirmək tələbilə böyük ictimai təzyiq altındadır.
Egey üzərindən Avropaya gələn miqrantları geri qaytarmaq barədə Ankara ilə sövdələşmə iyun ayı üçün Türkiyə ilə vizasız rejimin tətbiq olunması barədə razılıq hesabına əldə olunub.
Aİ ehtiyat edir ki, viza razılığı pozulsa, Türkiyə miqrantların qarşısını kəsmək qərarından geri çəkiləcək.
'Güzəşt qoparılması'

Mənim mənbələrimin bildirdiyinə görə, Avropa Komissiyası nail olunmuş razılığa əməl edəcək.
Mənə deyildiyi kimi, "Türkiyə tələbləri yerinə yetirmək üçün böyük səylər göstərib”.
Lakin onlar təkid edirlər ki, bu, Türkiyəyə verilən kart-blanş deyil. Türkiyəyə bu həftə viza məsələsində yaşıl işıq yandırılacaq, lakin eyni zamanda bildiriləcək ki, yerinə yetirilməmiş qalan tələblərə əməl olunmalıdır.
Deyildiyi kimi, bundan sonrakı bir ay ərzində, Avropa Komissiyası daha bir tərəqqi hesabatı tərtib etməlidir.
Bunlarınn hamısı Aİ-nin məsələni uzandırmaq kimi köhnə ənənəsinə bənzəyir.
Lakin bu dəfə nəticə fərqli də ola bilər.
Aİ-ə üzv ölkələr Avropa Parlamentində Türkiyənin viza rejiminə dair səsverməni iyun ayında keçirməlidir.
Onlar bu məsələni bloklaya da bilərlər.
Avropa Parlamentində yüksək rütbəli mənbə bazar ertəsi günü mənə deyib ki, Avropa Parlamenti deputatları miqrant böhranına görə, Avropadan güzəştlər qopardığına görə qəzəblidirlər.
Bir çox deputat Türkiyədə insan haqları məsələsinə göz yumulduğuna görə də miqrant axnını dayandırmaq üçün bundan narahatdır.
"Səsvermə sabah keçirilsə, parlament yox deyəcək, mənim mənbəm deyib.
Sağçı populistlər

Bir çox Avropa lideri 75 milyonluq Türkiyə üçün vizaların ləğvi əleyhinədir. Onlar elektoratın reaksiyasından ehtiyatlanırlar.
Miqrasiya məsələsinə etiraz edən sağçı qüvvələrin Avropa boyunca populyarlığı artmaqdadır.
Almaniyada ehtiyat edirlər ki, 3 aylıq vizasız gəliş-gediş rejimi sığınacaq istəyən minlərlə türkiyəli kürdün axınına səbəb ola bilər.
Almaniyada kifayət qədər böyük kürd (və türk) icması mövcuddur.
Aparıcı siyasətçilər ehtiyat edir ki, sərbəst viza rejimi Almaniya üçün Alternativ partiyasına ( Alternative fuer Deutschland ) dəstəyi artıra bilər.
Bu həftə sağ təmayüllü partiyalar islam əleyhinə etiraz platformasında birləşiblər.




