Can Dündara sui-qəsd cəhdi edilib

Silahlı şəxs Türkiyə jurnalisti Can Dündara atəş açıb. O, "dövlət sirlərini açmaq" ittihamı ilə İstanbul məhkəməsinə çıxarılıb.
Şahidlər deyir ki, silahlı, məhkəmə qarşısında azı 3 güllə atıb. Cənab Dündara güllə dəyməyib, ancaq bir jurnalist yaralanıb.
Keçmiş qəzet redaktoru olan cənab Dündar məhkəmədə öz barəsində hökm gözləyirdi.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan cənab Dündarın məhkəməyə cəlb edilməsilə bağlı tənqid olunur.
