Türkiyə: Can Dündar və Erdem Gül həbsxanadan azad edilib

Şəklin mənbəyi,

Türkiyədə casusluq ittihamı ilə həbs edilmiş jurnalistlər Can Dündar və Erdem Gül həbsxanadan azad edilib.

Lakin onlara qarşı açılmış cinayət işi üzrə məhkəmə istintaqı davam edir.

Cumhuriyyet qəzetinin əməkdaşları olan jurnalistlər noyabrda Türkiyə hökümətinin Suriyadakı daxili müharibəyə silah daşıdıqlarını iddia edən xəbərlərdən sonra həbs edilib.

Ötən gün Konstitusiya Məhkəməsi qərar verib ki, jurnalistlərin həbsi ifadə azadlığının pozulmasıdır.

Lakin martin 25-də cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək. Bu məhkəmə qərarı ilə onlara ömürlük həbs cəzasının kəsilmə ehtimalı var.

Jurnalistlər cümə günü səhəri Bakı vaxtilə 5.15-də azad edilib.

Jurnalistləri Silivri Həbsxanasının çıxışında bir qrup kütlə qarşılayıb.