ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Şəklin mənbəyi, AFP

ABŞ ən son ballistik raket sınağına görə İranın bir neçə şirkətinə və fərdlərə qarşı yeni sanksiyalar tətbiq edib.

Yeni sanksiyalar raket proqramı ilə əlaqəsi olduğu deyilən 11 müəssisə və şəxsin ABŞ bank sistemindən istifadəsini qadağan edir.

Bu, İrana qarşı beynəlxalq nüvə sanksiyalarının qaldırılmasından bir gün sonra baş verib.

İran həmçinin Washington Post qəzetinin müxbiri Jason Rezaian da daxil olmaqla, dörd amerikalını azadlığıa buraxıb.

<bold>Həmçinin oxuyun:</bold><link type="page"><caption> İran 4 ABŞ məhbusunu azad edib</caption><url href="http://www.bbc.com/azeri/region/2016/01/160116_iran_prisoners_freed" platform="highweb"/></link>

İran keçən ilin oktyabr ayında ballistik raket sınağını həyata keçirməklə BMT-in qadağasını pozub.

Prezident Obama isə İranla əldə olunmuş nüvə razılaşmasını alqışlayıb.

“Bu çox gözəl bir gündür, çünki biz bir daha beynəlxalq diplomatiya ilə nəyin mümkün olduğunu görürük,” cənab Obama deyib.

Daha əvvəl isə İran prezidenti Həsən Ruhani razılaşmanı dünya ilə münasibətlərdə <link type="page"><caption> “yeni səhifə” adlandırmışdı.</caption><url href="http://www.bbc.com/azeri/region/2016/01/160117_iran_deal" platform="highweb"/></link>