Nüvə razılaşması: İran üçün “yeni səhifə”

Şəklin mənbəyi, AP
İran özünün dünya ilə əlaqələrində “yeni səhifə açıb”, prezident Həsən Ruhani beynəlxalq nüvə sanksiyaları qaldırıldıqdan sonra deyib.
Beynəlxalq nüvə gözətçi təşkilatı olan İAEA İranın mümkün nüvə silahı istehsalının önlənməsi ilə bağlı öhdəliyinə əməl etdiyini bildirdikdən sonra sanksiyalar da qaldırılıb.
BMT, ABŞ və Aİ tərəfindən tətbiq olunan sanksiyalar İranı illər boyu ağır vəziyyətdə saxlayıb.
Bir çox Qərb ölkəsi bu addımı alqışladığını bildirsə də, İsrail Tehranın hələ də nüvə bombası hazırlamağa çalışdığını iddia edib.
“Hər hansı pozuntulara qarşı müvafiq reaksiya olmadan İran hiss edəcək ki, nüvə silahı hazırlanması işini davam etdirə bilər və o, regionda stabilliyi pozmağa çalışacaq,” İsrail baş naziri Benjamin Netanyahu bildirib.
Razılaşmadan öncə İran istəsəydi bir neçə həftənin içində nüvə silahı hazırlamağa yetəcək uran istehsal edə bilərdi, BBC-in Vyana müxbiri Bethnay Bell bildirib.
İndi bu bir ildən çox çəkə bilər və beynəlxalq müşahidəçilər bundan xəbərdar olar, müxbirimiz əlavə edib.
“Hamı məmnundur”
Cənab Ruhani razılaşmaya görə “regionda müharibəni qızışdıranlar – İsrail və ABŞ-dakı mühafizəkarlardan savayı” hər kəsin məmnun olduğunu bildirib.

Şəklin mənbəyi, Reuters
“Biz iranlılar dünyaya dostluqla yaxınlaşmışıq və düşmənçiliyi, şübhələri arxada buraxaraq İranın dünya ilə münasibətlərində yeni səhifə açmışıq,” o bazar günü səhəri xalqa müraciətində bildirib.
Sanksiyaların qaldırılması İran iqtisadiyyatı üçün “dönüş nöqtəsi” olub, o əlavə edib və bildirib ki, ölkəsi neft gəlirlərindən daha az asılı olmaq istəyir.
İranın neft ixracatını artırması perspektivi neftin qiymətinin bir az da düşməsinə səbəb olub. Brent markalı xam neftin qiyməti cümə günü 29 dollardan aşağı düşüb.
Aİ xarici siyasət idarəsinin rəhbəri Federica Mogherini bildirib ki, İranın öhdəliklərə əməl etməsi və sanksiyaların qaldırılması regional və beynəlxalq sülhə və təhlükəsizliyə xidmət edəcək.
İAEA rəhbəri Yukiya Amano bazar günü Tehrana səfər edərək İranın nüvə proqramına nəzarəti müzakirə edəcək.
Razılaşmanın bir hissəsi kimi, İran sentrifuqlarını azaltmalı və Arak şəhəri yaxınlığındakı ağır su reaktorunu sökməlidir. Hər ikisindən nüvə silahının istehsalı üçün istifadə edilə bilər.
Şənbə günü o da aydın olub ki, İran həbsdə olan Washington Post qəzetinin müxbiri <link type="page"><caption> Jason Rezaian</caption><url href="http://www.bbc.com/azeri/region/2016/01/160116_iran_prisoners_freed" platform="highweb"/></link>-ı və digər üç iranlı-amerikalı məhbusları azad edib.
39 yaşlı Rezaian noyabr ayında casusluq da daxil olmaqla müxtəlif ittihamlarla həbs edilmişdi.
ABŞ isə sanksiyaları pozmaq ittihamı ilə saxlanılan yeddi iranlını əfv edəcəyini bildirib.
İran həmişə nüvə proqramının sülhpərvər olduğunu bildirib, lakin razılaşmanın opponentləri bildirirlər ki, ölkənin bundan sonra nüvə silahı istehsal etməyəcəyinə əminlik yoxdur.




