İran: Səudiyyə Ərəbistanı "ilahi intiqam"la üzləşəcək

Ayatollah Xameneyi şeyx Nimr al-Nimrdən barış "şəhidi" kimi bəhs edib

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Ayatollah Xameneyi şeyx Nimr al-Nimrdən barış "şəhidi" kimi bəhs edib

Səudiyyə Ərəbistanı Şiə ruhanisini edam etdiyinə görə "ilahi intiqamla" üzləşəcək, İranın dini lideri Ayətollah Əli Xameneyi xəbərdarlıq edib.

Ayatollah Xameneyi şeyx Nimr al-Nimrdən barış "şəhidi" kimi bəhs edib.

Şənbə axşamı Tehranda Səudiyyə səfirliyinin qarşısında keçirilən aksiyada binaya od vurulub. Polis etirazçıları hadisə yerindən uzaqlaşdırıb.

Şeyx Nimr terror ittihamı ilə edam edilən 47 nəfərdən biri olub.

Ruhani yanvarın 2-də edam edilib.

Şənbə axşamı Tehranda Səudiyyə səfirliyinin qarşısında keçirilən aksiyada binaya od vurulub

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Şənbə axşamı Tehranda Səudiyyə səfirliyinin qarşısında keçirilən aksiyada binaya od vurulub

Lakin Ayatollah Xameneyi deyib ki, ruhani Səudiyyə Ərəbistanında sünni qaydalarına etiraz etdiyinə görə öldürülüb.

"Təzyiq altında olan bu alim nə insanları silahlı hərəkata, nə də gizli əməliyyatlara çağırıb", Ayətollah tvitləyib.

"#SheikhNimr-in yeganə etdiyi açıq tənqid idi."

O əlavə edib ki, Şeyxin "ədalətsizcəsinə qanı töküldüyündən Səudi siyasətçilərini ilahi intiqam gözləyir".

Şeyx Nimr 2012-ci ildə Ərəb Baharı zamanı ölkədə hökümət əleyhinə aksiyaların aparıcı qüvvəsi idi, amma bu, onun həbsinə səbəb olmuşdu.

Bundan əvvəl də Səudiyyənin bölgədə əsas rəqibi sayılan İran xəbərdarlıq edib ki, şiə ruhanisinin edamı “Səudiyyə Ərəbistanına baha başa gələ bilər”.