Peskov: Rusiya Türkiyənin İD ilə əlaqələrini sübut etməyəcək

Şəklin mənbəyi, AFP
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya, Türkiyə ilə İslam Dövləti (İD) qruplaşması arasındakı neft ticarətinə dair dəlilləri təqdim etməyəcək.
“Əsas odur ki, məlumatı əldə edib onu işdə istifadə edəsən və burda söhbət nəyisə sübut etməkdən deyil, terrorizmə qarşı mübarizədən gedir. Bu məlumat terrorizmə qarşı döyüşlərdə istifadə edilir,” Peskov deyib.
Daha əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan İD-dən neft aldığı sübuta yetirilərsə, istefa verməyə hazır olduğunu qeyd edib. O bildirib ki, iddialar düz olmasa prezident Putin də eyni şeyi etməlidir.
“Əgər bu sübut olunarsa, onda bizim milli qürurumuz tələb edir ki, mən istefa verim,” cənab Erdoğan Parisdə keçirilmiş beynəlxalq iqlim sammitində jurnalistlərə bildirib.
<bold>Həmçinin oxuyun: <link type="page"><caption> Türkiyə Rusiyanı "İD-lə neft ticarəti iddiasını" sübut etməyə çağırır</caption><url href="http://www.bbc.com/azeri/region/2015/12/151201_turkey_challenges_russia" platform="highweb"/></link></bold>
Rusiya prezidenti Vladimir Putin bildirmişdi ki, Türkiyənin Su-24 təyyarəsini vurmaqla bağlı qərarı İD qruplaşması ilə neft ticarətini qorumaq üçün verilib.
Rusiya ilk öncə Türkiyəni ekstermistlərdən neft almaqda günahlandırıb. Ankara davamlı olaraq bu ittihamları rədd edir.
Peskov həmçinin Türkiyə baş naziri Ahmet Davutoğlunun havada qəzaların qarşısını almaq üçün Rusiya ilə hərbi kommunikasiya kanallarırının yaradılmasına dair çağırışını da şərh edib.
“Bizim aramızda bu cür kanallar mövcud olub, lakin bu kanallar işə yaramayıb və bu, Rusiya tərəfinin günahı deyil,” Kreml təmsilçisi bildirib.




