Rusiya Türkiyə ilə vizasız rejimi dayandırır

Şəklin mənbəyi, RIA Novosti
Rusiyanın Xarici İşlər Naziri iki ölkə arasında münasibətlərin kəskinləşməsi fonunda Türkiyə ilə vizasız rejimin ləğv edilməsi barədə qərarı elan edib.
Sergey Lavrov qərarın 1 yanvar tarixindən qüvvəyə minəcəyəni deyib.
Rusiya diplomatiya idarəsinin rəhbəri Suriyalı həmkarı - Valid əl-Muallemlə görüşdən sonra keçirilən mətbuat konfransında deyib ki, yaraqlılar Türkiyə üzərindən "müxtəlif istiqamətlərə" keçə bilir.
Sergey Lavrovun sözlərinə görə Ankara terorçuluq təşkilatlarına üzv olmaq ittihamı ilə Türkiyədə saxlanılan rusiyalılar barədə Moskvanın 17 sorğusunu cavabsız qoyub.
Rusiya diplomatı Türkiyədən 200-dən artıq Rusiya vətəndaşının xaric edildiyini də qeyd edib.
Moskva ilə Ankara arasında münasibətlər çərşənbə günü Türkiyə tərəfindən Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsinin vurulmasından sonra gərginləşib.
Cümə axşamı Rusiyanın baş naziri xəbərdarlıq edib ki, hökumət yaxın günlərdə Türkiyəyə qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etməyi planlaşdırır.
