Rusiya "Türkiyəyə qarşı sanksiyalar planlaşdırır”

Şəklin mənbəyi, Reuters

Moskva Turkiyə-Suriya sərhədində Su-24 təyyarəsinin vurulması ilə bağlı Türkiyəyə qarşı geniş sanksiyaların hazırlandığını bildirib.

Rusiyanın Baş naziri deyib ki, addımlar müştərək layihələrin dayandırılmasını da əhatə edə bilər.

Dmitri Medvedev sanksiyalarla bağlı təkliflərin hazırlanmasına iki gün vaxt ayırdığını deyib.

"Bu sözsüz ki, dövlətimizə qarşı bizim qonşu və üstəlik də Şimali Alyans üzvü olan Türkiyə tərəfindən təcavüzkarlıq aktıdır", - Dmitri Medvedev hökumət iclasını açarkən deyib.

Türkiyə Rusiya təyyarəsinin vurulmasından əvvəl rusiyalı pilota verilən "xəbərdarlığın audioyazısı"nı yayıb.

Rusiya bildirir ki, hərbi təyyarəsi çərşənbə günü Suriyada hava zərbələri həyata keçirərkən xəbərdarlıq edilmədən vurulub.

Moskva Türkiyədən izahat və Suriyada vurulmuş təyyarə pilotunu güllələyən döyüşçülərə dair münasibətin bildirilməsini gözləyir, cümə axşamı günü Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Rusiya sentyabrın sonundan bəri Suriya prezidenti Bəşər Əsədin əleyhdarlarına qarşı hava zərbələri həyata keçirir.

Moskva Ankara ilə hərbi əlaqələri dayandırıb və bildirib ki, Rusiyanın hərbi təyyarələrə təhlükə yarada biləcək istənilən hədəfi məhv etmək üçün Suriyaya ən qabaqcıl zenit raket sistemi göndərəcək.