Erdoğan: Türkiyə vurulan təyyarəyə görə üzr istəməyəcək

Şəklin mənbəyi, AFP
Türkiyə vurulan Su-24 təyyarəsinə görə üzr istəməyəcək, prezident Recep Tayyip Erdoğan CNN kanalına müsahibəsində bildirib.
"Üzr istəməli olan varsa, bu biz deyilik, – Türkiyə prezident vurğulayıb. – Bizim hava sərhədimizi pozanlar üzr istəməlidir”.
Bundan əvvəl Rusiya prezidenti Türkiyənin üzr istəməməsinə görə narazılığını bildirib.
"Biz indiyədək Türkiyənin ali siyasi səviyyəsindən üzrxahlıq eşitmirik; nə dəyən zərərə görə kompensasiya təklifi, nə də ki törədilmiş cinayətə görə cinayətkarların cəzalandırılmasına dair vəd (var)”.
Vladimir Putinin sözlərinə görə belə bir təəssürat yaranır ki, Türkiyə rəhbərliyi ikitərəfli münasibətləri şüurlu şəkildə dalana sürükləyir.
“Buna təəssüf edirik”, - Rusiya prezidenti deyib.
Rusiyanın hərbi təyyarəsi Suriya sərhədi yaxınlığında çərşənbə axşamı günü vurulub.
Türkiyə bildirir ki, hava məkanına daxil olan Su-24-ə dəfələrlə verilən xəbərdarlıqdan sonra atəş açılıb.
Moskvaya əsasən Türkiyə təyyarəsi Rusiya bombardmançısının pilotu ilə təmas qurmağa cəhd göstərməyib.




