Suriyalı qaçqın uşaqları “Türkiyədə məktəbə getmir”

Şəklin mənbəyi, AP
Türkiyədə yaşayan 400 mindən çox suriyalı qaçqın uşaqları məktəbə getmir, Human Rights Watch təşkilatı bildirib.
Hesabatda 50 ailədən müsahibə götürülüb və aydın olub ki, onların uşaqları təxminən iki məktəb ilini boşa verib.
Uşaqların qarşılaşdığı əsas maneələr dil, maliyyə çətinlikləri və inteqrasiya ilə bağlıdır.
Türkiyədə təxminən iki milyon suriyalı qaçqın yaşayır. Onlardan təxminən 708 mini məktəb yaşındadır.
Türkiyə hökuməti 2014-cü ildə suriyalı uşaqların ictimai məktəblərə qəbuluna rəsmən icazə verib.
Suriyalıların qarşılaşdığı əsas problemlərdən biri də bu siyasətdən xəbərsiz olmalarıdır, Human Rights Watch təşkilatı bildirib.
“Suriyalı uşaqların təhsildən məhrum olması bütün nəsli təhlükə altına qoyur,” təşkilatın qaçqın haqları proqramının nümayəndəsi Stephanie Gee bildirib.
“Gələcəyə ümidsiz və çıxılmaz vəziyyətdə olan suriyalı qaçqınlar həyatlarını təhlükə altına qoyub Suriyaya geri dönə və ya təhlükəli yollarla Avropaya səyahət edə bilərlər”.
Təşviqat qrupu problemin həlli üçün “təcili maliyyə və texniki dəstəyin” göztərilməsinə çağırıb.


