Suriyadan öz şəkillərini göndərən Rusiya döyüşçüləri kimdir?

Şəklin mənbəyi, Other

Onlar silahlarını oynadır, gülümsəyir və prezidentlər Əsəd və Putini əks etdirən plakatların önündə şəkil çəkdirirlər.

Lakin Suriyanın ərazisindən öz şəkillərini paylaşan Rusiya əsgərləri kimdir?

Suriyada Rusiya əsgərlərinin olması yeni bir xəbər deyil. 1971-ci ildən Moskva burada, Aralıq dənizi sahillərindəki Tartus liman şəhərində hərbi dəniz bazası icarə edir.

Lakin indi belə mülahizələr var ki, Qərb Suriyadakı hədəflərə zərbələrini artırdıqca, Rusiya da prezident Bəşər əl-Əsədin qüvvələrini təlimləndirməkdən bir az da uzağa gedə bilər.

Əlbəttə, bəziləri Rusiya qoşunlarının artıq Suriya torpağındakı döyüşlərdə birbaşa iştirak etdiyini düşünürlər, lakin bunun hələ ki, tutarlı bir sübutu olmayıb.

Hazırda Suriyadakı Rusiya əsgərləri tərəfindən post edildiyi iddia olunan fotolar və selfilər Rusiyanın sosial mediasında paylaşılır və qızğın debatlara səbəb olub.

Əsgər selfiləri Rusiya müxalifəti, xüsusilə də “Ukrayna Müharibəsi” adlı qrupun fəalları tətəfindən ciddi çək-çevir edilir.

İngiliscə "War In Ukraine" (WIU) adlanan bu qrup ilk dəfə Rusiyanın Ukraynanın şərqindəki münaqişəyə müdaxiləsini araşdırmaqla məşhurlaşıb.

Sosial mediadakı postları təhlil etdikdən sonra “Ukrayna Müharibəsi” qrupunun fəalı Ruslan Leviyev bu barədə yekun bloqu yazıb.

Bu bloqda diqqəti cəlb edən əsas element Rusiya əsgərləri və yaxud döyüşçülərinin fotolarıdır. Onların Facebook və rusdilli sosial media şəbəkəsi VKontaktedəki profilləri bu şəxslərin Suriyada xidmət keçdiklərini göstərir.

Şəklin mənbəyi, Other

Şəklin mənbəyi, Other

Bu fotolardan nə kimi nəticə çıxara bilərik? Bəli, bəzi şəkillərin coğrafi teqi var (geo-tag), yəni bu fotolar çəkildiyi məkanı göstərir. Leviyev deyir ki, onların hamısı, ya da demək olar, hamısı Tartus yaxınlığındakı Rusiya dəniz donanması bazasında çəkilib. Lakin burda Moskvanın rəsmən bəyan etmiş olduğu siyasətə zidd heç nə yoxdur.

Amma fotolardan bəzilərinin teqləri onların böyük Homs əyalətinin qızğın döyüşlər gedən yerlərində çəkildiyini göstərir. Bundan başqa, WIU qrupunun fəalları YouTube saytındakı bir videoya diqqət yetiriblər. Bu video, belə görünür, avqust ayında, Suriyanın əsas port şəhəri olan Tartusun şimalındakı Latakiyada çəkilib. Fəallar həmçinin bildirirlər ki, Suriyanın hava məkanında uçan dronların videolarını əldə ediblər. Bir döyüş videosunda rusca danışıq eşidilir.

"Bizim təhlil etdiyimiz videodan görünür ki, bu (döyüşdə iştirak edən texnika) Rusiya istehsallı piyadaların döyüş maşınıdır, bura Rusiya hərbi birləşməsindən göndərilib (birbaşa zavoddan yox) və onu rusdilli ekipaj idarə edir” – deyib Leviyev BBC Trending-ə.

Lakin bu rusların döyüşlərdə iştirakını sübut edirmi? Əslində, yox. Leviyev ehtiyatlı olmağı məsləhət görür. Onun sözlərinə görə, “bu fotolar və videolar ekipajın həqiqi hərbi xidmətdə olan ruslardan ibarət olmasının sübutu üçün kafi deyil”. “Bunlar, məsələn, Suriyaya göndərilmiş muzdlular da ola bilər. Biz bilirik ki, Rusiya hərbçilərinin Suriyadakı döyüş əməliyyatlarında iştirak etdiyini göstərən 100 faizli dəlillər yoxdur” – deyir Leviyev.

Lakin onun fikrincə, sosial media postları “yanaşmadakı kəskin dəyişikliyi” göstərir. İndi Suriyadakı bu hərbçilər sadəcə olaraq ötüb keçən gəmiləri yükləməklə məşğul olmurlar, onlar həm də daha geniş əraziyə yayılıblar.

“Bu yazdan əvvəl, Rusiya hökumətinin mövqeyi tamamilə fərqli idi. Onlar vurğulayırdılar ki, Tartus bazasının heç bir hərbi və ya strateji əhəmiyyəti yoxdur” – deyir Leviyev.

Ötən həftə Rusiya prezidenti Vladimir Putin demişdi ki, Rusiya hərbçilərinin Suriyadakı döyüşlərdə birbaşa iştirakı barədə danışmaq tezdir. Bazar ertəsi isə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan etmişdi ki, Rusiya Dəməşqi hərbi avadanlıqla təchiz etdiyini heç vaxt gizlətməyib.

Bununla belə, Rusiyanın Bəşər əl Əsədə dəstəyi artırdığı barədə xəbərlər Qərbi o qədər narahat edib ki, ötən həftə ABŞ dövlət katibi öz nigarançılığını birbaşa Rusiyanın xarici işlər naziri Sergei Lavrova bildirib. ABŞ rəsmiləri “The New York Times” qəzetinə deyiblər ki, Rusiya Suriyaya avanqard hərbçi dəstəsi və səyyar aviadispetçer mərkəzi göndərib.

Bu fotolar Rusiyanın daxilində geniş müzakirələrə səbəb olub, lakin adətən çox fəal olan Kremlə bağlı istifadəçilər müzakirələrə qoşulmurlar. “Çoxqütblülük” o deməkdir ki, Rusiya ordusu Suriyada hökumətin tıərəfində yerli silahlılara qarşı döyüşür, Donbasda isə, əksinə yerli döyüşçülərin əvəzinə hökumətlə” – yazır kinayə ilə bir istifadəçi. Başqa bir postda isə “Krım bizimdir” şüarına bənzər satirik bir şüar var: “Suriya bizimdir”.

<bold>Həmçinin oxuyun: <link type="page"><caption> "İD döyüşçüsü olan miqrant" - hər şey göründüyü kimi deyil...</caption><url href="http://www.bbc.com/azeri/international/2015/09/150908_is_figter_migrant" platform="highweb"/></link></bold>

Şəklin mənbəyi, facebook

Suriyadan və digər ölkələrdən miqrantların böyük axınla Avropada yerləşməyə çalışdığı bir dövrdə, İslam Dövləti qruplaşması döyüşçülərinin də onların arasında olması ehtimalı hökumətləri və ekspertləri uzun müddətdir ki, narahat edir. Son zamanlar sosial mediada bir foto sürətlə yayılıb və fotoda guya özünü miqrant kimi göstərməyə çalışan keçmiş İslam Dövləti döyüşçüsü əks oluinub. Lakin əslində hər şey göründüyü kimi deyil.