Parmesan pendiri və prezervativlər barədə rus lətifələri

Şəklin mənbəyi, BBC World Service
Rusiya Qərb pendirini məhv edir və Qərb prezervativlərinin qadağanı məsələsi üzərində düşünür. Rusiya interneti isə bütün bunlara reaksiya göstərir.
Ötən ay Rusiya prezidenti Vladimir Putin Qərbin Moskva üzərinə qoyduğu sanksiyalara cavab olaraq Qərbdən idxal olunan geniş çeşiddə ərzağın buldozerlənməsi, basdırılması və yandırılması barədə sərəncam verib. Moskvanın 600 kilometr cənubundakı Belqorod şəhərində “pendir dağının” “şumlanmasını” göstərən video, internetdə çox populyardır. Bu hadisə ölkənin dini liderləri tərəfindən pislənib, onlardan biri isə bunu “divanə, axmaq və alçaq hərəkət” adlandırıb. Keçmiş nazirlərdən biri isə deyib ki, məhv edilən ərzağı yoxsulluq həddindən aşağı səviyyədə yaşayan milyonlarla rusa vermək olardı.
YouTube saytına yüklənmiş bir mahnı isə hitə çevrilmək üzrədir. “Parmesanın ölümü” adlanan bu mahnıda Rusiya sərhədinə yaxınlaşan əcnəbi ərzaq yükünün sərhədçilər tərəfindən pusquya salınmasından bəhs olunur. Mahnı mətninə görə yaşlı parmesan camambert və mozzarella kimi başqa pendirlərin və İspaniya qaxacının son döyüşünə rəhbərlik edir. Nəticədə onlar məğlub olur və yandırılırlar.
“Sürtkəclə işgəncə verdilər ona, amma çıxarmadı cınqırını da, pendir təbiətən sakitdir axı…” - deyilir bu mahnıda.
Əlbəttə bu, rus şairi Andrey Orlovun istehzalı şeirinin gürcü müğənni Zaza Zaalişvili tərəfindən ifasına əsaslanan bir satiradır. “Bu şah əsəridir! Çox sağ olun” – bir rus belə yazır YouTube-da. Başqa bir şərhdə isə deyilir: “Bahalı pendirləri yetimxanalarda pulsuz paylamaqdansa, kürəklə yerə basdırırlar”.
Əlbəttə, videoya yazılmış bütün şərhlər belə deyil, hökuməti müdafiə edən və məzmunca dayaz fikirlər də var. “Putinin sərəncamı rus fermerlərinin və sənayeçilərinin yolunu açacaq” və ya “Rusiya məhsulu ən yaxşı məhsuldur” tipində olan şərhlər.

Şəklin mənbəyi, BBC World Service
Lakin Qərb ərzağının idxalının qarşısına qoyulan yeni maneələr hazırlanır. Ötən həftə Rusiyanın internet icması bir sıra tibb məhsullarını, o cümlədən prezervativləri qadağan etmək təklifinə reaksiya verib. Ölkənin keçmiş sanitar həkimi deyib ki, bu qadağan insanları “daha intizamlı, daha ciddi və partnyor seçimində daha ayıq edəcək və bəlkə də demoqrafik problemlərimizin həllinə də yardımçı olacaq”.
Bu xəbər internetdə Qərb prezervativlərinin əvəzində işlədiləcək Rusiya “qoruyucu” məhsulunun keyfiyyəti barədə yumorlu və hiddətli reaksiyalara səbəb olub. “Əgər tüstü görsəniz və yanan rezin iyi hiss etsəniz, yanğınsöndürənləri çağırmağa tələsməyin. Ola bilsin ki, qonşuluğunuzda Rusiya kontraseptivlərindən istifadə edirlər” – yazır bir istifadəçi.
Görəsən bu cür satirik yanaşma yalnız internetdə geniş təmsil olunan liberal müxalifətəmi aiddir, yoxsa daha miqyaslı münasibətin nəticəsidir? Vladimir Putinin məşhur tənqidçisi Aleksey Navalnının tərəfdarları “Parmesanın ölümü” mahnısında deyilən fikirlərlə, təbii ki razılaşırlar. Müxalifət blogeri Rustem Adaqamov bu videonun linkini Tvitterlə göndərib.
Lakin bu sayaq satiranın auditoriyası liberal çevrələrin hüdudlarını aşıb. Bu material Rusiyanın enerji nəhəngi Gazproma məxsus olan “Exo Moskvı” radiosu ilə yayınlanıb, həm Rusiya, həm də Ukrayna saytlarında dərc edilib.
Bu arada 250 min insan ərzağın məhv edilməsinə qarşı petisiyanı imzalayıb. Qərbdən fərqli olaraq internet fəallığı daha az olan Rusiya üçün bu çox böyük rəqəmdir. “Təzə ərzağın məhv edildiyi bir vaxta bu qədər çox insan aclıqdan əzab çəkir” – yazır petisiyanı imzalayanlardan biri.
<bold>Bundan əvvəl #BBCAzeriTrending-də: <link type="page"><caption> "Beynəlxalq hay-küyə səbəb olmuş bahalı saatlar"</caption><url href="http://www.bbc.com/azeri/international/2015/08/150806_luxury_watches_international" platform="highweb"/></link></bold>

Şəklin mənbəyi, BBC World Service
Rusiya rəsmisinin saatı, dövlət adamlarının vaxt göstərən cihazları ilə bağlı qartal gözlü sosial media istifadəçiləri tərəfindən sorğu-suala çəkilməsi baxımından ilk belə hadisə deyil. Oxşar hadisələr Nigeriyanın birinci ledisi Ayşa Buhari, özünü İslam Dövləti adlandıran təşkilatın lideri Əbu-bəkr əl-Bağdadi və digərlərinin də başına gəlib.




