Rusiyada xarici əmlakın həbsinə icazə vermək istəyirlər

Baş nazir Medvedev hökümətin iclasında çıxış edib

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Baş nazir Medvedev hökümətin iclasında çıxış edib

Rusiya höküməti, Dövlət Dumasına xarici əmlaka həbs qoyulması imkanını nəzərdə tutan qanun layihəsi təqdim edib.

Bu qanun layihəsi Rusiyanın xaricdəki əmlakına həbs qoyulması hallarına qarşı cavab tədbiri kimi düşünülüb.

Sənəddə Rusiya məhkəmələrinə xarici dövlətlərin immunitetini "qarşılılıqlı sürətdə" məhdudlaşdırmaq hüququ verilir.

Qanun layihəsində yeni təklifin Rusiya qanunverciliyini xarici ölkələrdə mövcud olan praktiyaya uyğunlaşdırmaq məqsədilə irəli sürüldüyü qeyd olunub.

Hökümətin iclasında çıxış edən baş nazir Dmitri Medvedev yeni qanun layihəsinin Rusiyaya qarşı bir sıra ölkələrdə atılmış "qeyri-qanuni addımlar fonunda aktual göründüyünü" vurğulayıb.

"Bizim hökümət cavab tədbirləri görmək hüququna malik olmalıdır", Dmitri Medvedev bildirib.

İyunun 17-də YUKOS şirkəti səhmdarlarının Moskvaya qarşı sürdükləri iddia əsasında Haaqa məhkəməsi Fransa və Belçikada Rusiya aktivlərinə həbs qoymuşdu.

Bir müddətdən sonra Belçikada Rusiya aktivlərinin bir hissəsi üzərindən həbs qərarı götürüldü, lakin Moskva rəsmi sürətdə aktivlərinin həbsinə öz etirazını bildirmişdi.