Yerevan və Minsk Şərq Tərəfdaşlığı bəyannaməsini rədd edib

Şərq Tərəfdaşlığı sammiti Avopa İttifaqına sədrlik edən ölkə paytaxtı kimi Riqada keçirilir

Şəklin mənbəyi, Ilmars Znotins AFP Getty Images

Şəklin alt yazısı, Şərq Tərəfdaşlığı sammiti Avopa İttifaqına sədrlik edən ölkə paytaxtı kimi Riqada keçirilir

Ermənistan və Belarus, Riqa Şərq Tərəfdaşlığı sammitinin yekun bəyanatında “Krımın ilhaqı” ifadəsi saxlanarsa, onu imzalamaqdan imtina edəcəklərini bildiriblər, Reuters agentliyinin öz diplomatik mənbələrinə istinadən verdiyi məlumatında deyilir.

Sənədin ilkin variantındakı "Krımın qeyri-qanuni ilhaqı" ifadəsi üzrə Minsklə Yerevanın mövqeyinə görə, Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin (Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan və Belarus) mövqeyi ayrı-ayrılıqda ifadə olunan kompromis bəyanat hazırlanmalıdır.

Reuters-in məlumatına görə, bəyanatda deyiləcək ki, Avropa İttifaqı Krımın Rusiyaya birləşməsini pisləyir. Bundan başqa, sənəddə keçmiş altı sovet respublikalarının BMT-də Krım referendumunu pisləyən qətnamə üzrə səsvermə zamanı ifadə etdikləri mövqeləri əks etdiriləcək.

Ermənistan və Belarus <link type="page"><caption> Rusiyanın mövqeyini dəstəkləyib</caption><url href="http://www.bbc.com/azeri/region/2014/03/140327_un_crimea_russia_referendum_illegal.shtml" platform="highweb"/></link>. Bəyanatın layihəsi cümə axşamı nəzərdən keçiriləcək.

Mayın 21-də Riqada işinə başlayan Şərq Tərəfdaşlığı ölkələrinin dördüncü sammiti iki gün davam edəcək.

Proqrama qatılan 6 ölkədən üçü – Ukrayna, Moldova və Gürcüstan – 2014-cü ildə Avropa İttifaqı ilə Assosiasiya Sazişi imzalayıblar.