Rusiya “arzuolunmaz” xarici təşkilatları hədəf alıb

Şəklin mənbəyi, Reuters
Rusiya fəaliyyəti milli təhlükəsizlik səbəbiylə “arzuolunmaz” hesab edilən xaricilərin təqibini nəzərdə tutan yeni qanun təqdim etməyi planlaşdırır.
Rusiyalı millət vəkilləri “arzuolunmaz” xarici QHT-ləri və şirkətləri qadağan edəcək qanuna səs verirlər.
Qanun layihəsi “arzuolunmaz” sözünün mənasını izaha açıq buraxır.
2012-ci ildə qəbul edilmiş indiki qanuna görə, siyasətlə əlaqəli xaricdən maliyyələşən Rusiya QHT-ləri “xarici agent” kimi qeydiyyatdan keçməlidir.
Qanun layihəsini Prezident Vladimir Putinə sadiq partiya hazırlayib. Onun tərəfdarları parlamentin hər iki palatasında üstünlük təşkil edir.
Dumaya gedən sənəddə deyilir ki, xarici təşkilat və ya şirkətin “arzuolunmaz” olmasına Rusiya prokurorluğu və xarici işlər nazirliyi qərar verəcək.
“Arzuolunmaz” elan edilmiş xarici, 10000 dollara qədər cərimələnə və altı ilə qədər həbs cəzası ala bilər.
Dumada qəbul edilmiş qanun qüvvəyə minməsi üçün yuxarı palata və Prezident Putinin tərəfindən təsdiq edilməlidir. Bir çox hallarda bu formallıqdır.
Qanun layihəsi Rusiya ilə Qərb arasında soyuq münasibətlərin ərəfəsində gəlib.




