Kreml Amerikanın məşhur USAİD agentliyini Rusiayadan qovur

Şəklin mənbəyi, USAID
ABŞ Beynəlxalq İnkişaf Agentliyi USAİD Rusiyadakı fəaliyyətini dayandırdırmaq məcburiyyətində olduğunu bəyan edib.
Bu haqda ABŞ Dövlət Departamenti sözçüsü Viktoriya Nuland yaydıqları bəyanatda məlumat verib.
Rusiya rəsmilərinin göstərişinə uyğun olaraq USAİD təşkilatı Rusiya ərazisində öz nümayəndəlikləri və ofislərini bağlamalıdır.
Rusiya höküməti ABŞ-a USAİD missiyasının Rusiayada təsisatlarının bağlanması üçün oktyabrın 1-dək vaxt verib.
Moskva USAİD təşkilatını Rusiyanın daxili işlərinə qarışmaqda ittiham edir.
Amerikanın USAİD təşkilatı Rusiyada 20 il müddət ərzində fəaliyyət göstərib, yardım və demokratiyanın inkişafı proqramlarına 3 mlrd dollaradək vəsait xərcləyib.
Rusiyada USAİD ofislərinin bağlanması qərarı hökümətin demokratik qruplara basqısından sonrakı dövrə təsadüf edir.
ABŞ qrantları
Rusiya XİN məsələ ilə bağlı yaydığı bəyanatında "qərarın USAİD agentliyinin rəsmilərin bəyan etdikləri məqsədlərdən xeyli uzaqlaşaraq qrantlar vasitəsilə siaysi proseslərə müdaxilə etməyə cəhd göstərməsi" səbəbindən verildiyi vurğulanıb.
Rusiya XİN-i elcədə bildirib ki, agentliyin Şimali Qafqazda fəaliyyəti Rusya rəhbərliyində ciddi sualların yaranmasına səbəb olub, və bu barədə Moskva Amerikalı həmkarlarını dəfələrlə xəbərdar edib.
BBC müxbirinin sözlərinə görə Rusiya rəsmilərinin hesab edir ki, QHT-lər xarici qrantlardan istifadə edərək Rusiya daxilində siyasi iğtişaşlar yaratmağa cəhd edirlər.
Bir müddət əvvəl Vladimir Putin bildirmişdir ki, onun perizentliyə seçilməsilə bağlı təşkil edilən etiraz aksiyaları ABŞ tərəfindən maliyyələşən QHT-lər tərəfindən koordinasiya edilmişdir.
USAİD-in Rusiyadan qovulması xəbəri Rusiya hüquq müdafiəçilərini ciddi dərəcədə məyus edib və hətta onların təlaşına səbəb olub.
Onların qənaətincə biundan sonra bir sıra proqram və layihələrin, o cümlədən pulsuz hüquqi məsləhətxanaların işi və bir sıra təhsil proqramlarının fəaliyyəti davam etdirmək mümükün olmayacaq.
USAİD Rusiyadakı fəaliyyətinə Sovet İttifaqının dağılmasından sonra başlayıb və burada 20 il ərzində xidmət göstərərək demokratiya və digər mövzularla bağlı lahiyələrə 3 milyarddan çox pul xərcləyib.




