Qızıl Meydanda 9 may paradı keçirilib

Şəklin mənbəyi, Reuters
İkinci Dünya Müharibəsində qələbənin 70-ci ildönümü münasibətilə Moskvanın Qızıl Meydanından marşla keçənlər arasında Azəbaycan həbçiləri də olub.

Şəklin mənbəyi, Reuters
Parad Moskva vaxtı ilə saat 10:00-da başlayıb. Qızıl Meydandan minlərlə əsgər keçib, ilk dəfə bir neçə ən yeni silah növü nümayiş etdirilib.

Şəklin mənbəyi, Reuters
Moskvaya 20 dövlət başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan, gəlib, lakin bir çox ölkə başçıları Rusiyanın Ukrayna böhranında roluna görə paradda iştirak etməkdən imtina edib.
Parada Çin lideri Si Dzinpin, Hindistan prezidenti Pranab Mukerci və BMT Baş Katibi Ban Ki-mun da qatılıblar.

Şəklin mənbəyi, Reuters
Rusiya Ukrayna şərqində özünü müstəqil elan etmiş “Donetsk Xalq Respublikası” və “Luhansk Xalq Respublikası“na hərbi dəstək verdiyi barədə qərbdə səslənən ittihamları rədd edir. Ötən ilin aprelində başlayan müharibədə altı mindən çox insan həlak olub.
Paradda Azərbaycan hərbçiləri də iştirak edib. Azərtac tribunalar qarşısından 70 hərbçinin keçdiyini bildirir.

Şəklin mənbəyi, Reuters
Rusiyaya qarşı sanksiyalar tətbiq edildikdən sonra Moskva ilə Pekin arasında daha sıx əlaqələr yaranmasının əlaməti olaraq, Qızıl Meydandan ilk dəfə Çin hərbi kolonnası da keçib.
Daha azmiqyaslı hərbi təntənələr Rusiyanın başqa şəhərlərində və Rusiya tərəfindən təxminən bir il əvvəl ilhaq edilmiş Krımda da təşkil olunub. 9 Mayda parad tanınmamış "DXR" və "LXR" silahlı tərəfdarlarının nəzarəti altında olan Donetsk və Luhansk şəhərlərində də keçirilib.




