Moskva: Azərbaycan prezidenti 9 may paradına qatılıb
Rusiya Federasiyasına işgüzar səfərlə gələn Azərbaycan prezidenti İlham Əliyevi Kremldə Rusiya prezidenti Vladimir Putin qarşılayıb.
Moskva vaxtilə saat 10-da başlayan tədbirdən əvvəl xarici qonaqları qarşılayan prezident onlarla birlikdə Qızıl Meydanda keçən hərbi təntənələrə qatılıb.
Rusiya paytaxtındakı hərbi paradda 20 dövlət başçısı, o cümlədən Çin və Hindistan prezidentləri də iştirak edir. Tədbirə həmçinin BMT Baş Katibi Ban Ki-moon qatılıb.
Lakin bir çox ölkə başçıları Rusiyanın Ukrayna böhranında roluna görə paradda iştirak etməkdən imtina edib.
Video şərhsizdir.