Zaur Dadayev Nemtsovun qətlinə aidiyyəti olduğunu etiraf edib

court

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Nemtsovun qətlə yetirilməsi işi üzrə hazırda üç nəfər ittiham olunur, daha iki nəfər şübhəli bilinir

Boris Nemtsovun qətlə yetirilməsi işi üzrə ittiham olunan Zaur Dadayev siyasətçinin ölümündə əli olduğunu etiraf edib, məhkəmə hakimi deyib.

“Dadayevin təqsirliyi onun etiraf ifadələri ilə təsdiqlənir”, - RİA Novosti hakimin sözlərini sitat gətirir edir.

Onun sözlərinə görə, Dadayev barəsində aprelin 28-dək həbs qətimkan tədbiri seçilməsi onun istintaqdan qaçınması, şahidləri hədələməsi və ya dəlilləri ləğv etməsi ehtimalından irəli gəlir.

Nemtsovun qətlə yetirilməsi işi üzrə istintaq müddəti də bu tarixədək müəyyən edilib.

Bu arada Çeçenistan rəhbəri Ramzan Kadırov Zaur Dadayevi daxili qoşunlarda xidmət etdiyi zamanı “ən qorxmaz və cəsarətli hərbçilərdən biri” və “Rusiyanın əsl vətənpərvəri” adlandırıb.

“KİV xəbər verir ki, Zaur məhkəmədə Boris Nemtsovun qətlinə aidiyyəti olduğunu təsdiq edib. Zauru tanıyan hər kəs onun dindar insan olduğunu bilir, bütün müsəlmanlar kimi, onu da Charli-nin hərəkətləri və karikaturaların çap edilməsi lehinə şərhlər sarsıtmışdı... Hər necə olsa da, məhkəmə Dadayevin təqsirini təsdiq etsə, insan öldürərək, o ağır cinayət törədib”, - Kadırov Instagram-da yazıb.

Eyni zamanda Kadırov əmin olduğunu bildirib ki, müttəhim “Rusiyaya qarşı bir addım da edə bilməzdi”.

Daha əvvəl Moskva Basmannı məhkəməsində siyasətçi Boris Nemtsovun qətlində şübhəli bilinən Zaur Dadayev və Anzor Qubaşevə qarşı ittiham irəli sürülüb.

Məhkəmənin mətbuat katibi Anna Fadeyeva, Nemtsovun qətlə yetirilməsi barədə cinayət işilə bağlı daha 3 yeni şəxsin saxlandığını bildirib.

Onun sözlərinə görə, bunlar Anzor Qubaşevin kiçik qardaşı Ramzat Baxayev və Tamerlan Əskərxanovdur. Onların hamısı cinayətlə hər bir əlaqələrini inkar edilər. Əskərxanov isə bəyan edib ki, qətl törədilən vaxt iş yerində olub.

Moskva Basmannı rayon məhkəməsi Nemtsovun qətlində şübhəli bilinən hər üç şəxs barəsində həbs gətimkan tədbiri seçib.

Bu arada Qroznıda naməlum şəxsin, polis onu tutmağa çalışarkən, <link type="page"><caption> özünü qumbara ilə partlatdığı</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2015/03/150303_grozny_blast_nemtsov" platform="highweb"/></link> bildirilir. İnterfaks agentliyinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yaydığı məlumata görə, bu hadisə Nemtsovun Moskvada qətlə yetirilməsinin araşdırılması ilə bağlı ola bilər.

Dadyev və Qubaşev

İnquşetiya Təhlükəsizlik Şurasının katibi Albert Baraxoyev müxtəlif KİV-lərə müsahibəsində Qubaşev və Dadayevin son 10 il ərzində İnquşetiyada yaşadıqlarını bildirib.

nemtsov

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Boris Nemtsov kürəyindən vurulan dörd güllə ilə Kreml yaxınlığında Böyük Moskvaretski körpüsündə fevralın 27-dən 28-nə keçən gecə öldürülüb

Onun sözlərinə görə, Dadayev qonşu Çeçenistanda “Sever” (“Şimal”) batalyonunda alay komandirinin müavini olub, Qubaşev isə Moskva yaxınlığındakı supermarketdə qarovulçu işləyirmiş.

“Qafqaz qovşağı”-nın şübhəli bilinən şəxslərin qohumuna istinadən məlumatına görə, onlar bir-birinə xalanəvəsi (ya bibinəvəsi) gəlir. Onun sözlərinə görə, qətl gecəsi Qubaşev və Dadayev Moskvada olublar.

Boris Nemtsov kürəyindən vurulan dörd güllə ilə Kreml yaxınlığında Böyük Moskvaretski körpüsündə fevralın 27-dən 28-nə keçən gecə öldürülüb.