Qərb hüquq müdafiəçiləri Aİ rəsmilərinə Azərbaycanda məhbuslarla bağlı çağırış edib

Qərbdə mənzillənən hüquq müdafiəsi təşkilatları Azərbaycana səfər edən Avropa İttifaqı rəsmilərini Bakıdan məhbus fəallar və jurnalistlərin azadlığa buraxılmasına çağırış etməyə səsləyiblər.
Human Rights Watch, International Partnership for Human Rights və Front Line Defenders təşkilatları fevralın 23-də Azərbaycana səfəri başlayan Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsini fürsətdən istifadə edərək siyasi motivlərlə tutulmuş onlarla fəal və jurnalistin rəsmilər tərəfindən azad olunmasında təkid etməyə çağırıb.
Xüsusi nümayəndə Stavros Lambrinidis, Azərbaycan hökümətinin dəvətilə Bakıya səfər edəcək.
Aİ-nin insanın hüquqları üzrə aparıcı rəsmisi olan Lambrinidis Bakıya səfəri zamanı hökümətin tənqidçiləri susdurmaq kampaniyasına son qoymasında və saxta ittihamlarla barmaqlıqlar arxasında saxlanılan onlarla fəal və jurnalisti azadlığa buraxmasında təkid etmək üçün unikal imkana malik olacaq, olacaq Mary Lawlor, Front Line Defenders direktoru bildirib.
“Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin Aİ ilə münasibətlərin dərinləşlməsinə mane olduğunu Azərbaycana anlatmaq üçün indi həlledici məqamdır”.
“Aİ və 28 üzv dövlət hüquq müdafiəçilərini var gücü ilə dəstəkləyəcəklərinə söz veriblər, lakin onların Azərbaycanın tənqidçilərə basqısına cavabı ən yaxşı halda laqeydlikdir”, Lotte Leicht, Aİ üzrə Human Rights Watch direktoru deyib.
Azərbaycanda hakimiyyət ölkədə insanların peşə fəaliyyətinə görə təqib olunmadığını və "işlətdikləri cinayətlərə görə" həbsə atıldığını deyirlər.
“Aİ rəsmiləri həbs olunmuş fəalların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb etmədən Bakıya getməməlidirlər və repressiyalara son qoymayanadək Azərbaycanın Aİ ilə sıx əlaqələrə ümid etməməli olduğunu aydın bildirməlidirlər”, Lotte Leicht bildirib.
Aİ Azərbaycanla Strateji Modernizasiya Partnyorluğu sənədini müzakirə etməkdədir.
2014-cü ilin sentyabrında Avropa Parlamentinin qəbul etdiyi qətnamədə, Aİ-nın Azərbaycanla sıx əlaqələri həbs olunmuş hüquq müdafiəçilərinin azadlığa buraxılması ilə şərtləndirilmişdir və "QHT-lərin təqibi və hədələnməsinə son qoymaq" çağırışı edilmişdir.
Səfəri gedişində, Lambrinidis eləcə də aparıcı məhbus insan hüquqları müdafiəçiləri və jurnalistlərə baş çəkməyə nail olmalıdır, insan hüquqları müdafiəsi qrupları bildirib.
Sənəddə həmin məhbuslardan Leyla Yunus, Arif Yunus, Rəsul Cəfəriov, İntiqam Əliyev və Xədisə İsmayılovanın adları çəkilib.
"Azərbaycanın aparıcı fəalları və tənqidçiləri ümid edirlər ki Aİ öz prinsipini və onları müdafiə edəcək", Brigitte Dufour, International Partnership for Human Rights təşkilatının direktoru bildirib.




