Türkiyə: Özgecan Aslanın qətlinə görə 3 nəfər tutulub

Şəklin mənbəyi, EPA

Türkiyədə tələbə qızın qətlə yetirilməsində şübhəlilərə məhkəmə hökmü oxunub.

Doğan Haber Ajansı bildirir ki, 20 yaşlı Özgecan Aslanı öldürməkdə şübhəli Suphi Altındöken "vəhşiliklə insan öldürmə", ona kömək etmiş atası Necmettin Altındöken ilə Fatih Gökçe "cinayət ortaqlığı və yardım etmək" maddələri ilə məhkəməyə cəlb olunub.

Mersin şəhərinin polisi 20 yaşlı Ozgecan Aslanın yanmış cəsədini çay qırağında cümə günü aşkar edib.

Məlumatlara görə, tələbə qız onu zorlamağa cəhd edən avtobus sürücüsünə müqavimət göstərib.

Hadisə ilə bağlı 3 nəfər - mikroavtobus sürücüsü, onun atası və dostu həbs olunub.

Şəklin mənbəyi, AFP

Bazar günü qətllə bağlı minlərlə qadın müxtəlif şəhərlərdə etiraz aksiyaları keçirib.

Türkiyə prezidenti və Baş Naziri mərhumun ailəsinə telefon açaraq başsağlığı bildiriblər.

Baş nazir Əhməd Davudoğlu cinayəti törədənlərin müəyyən olunub cəzalandırılacaqlarına söz verib.

Psixologiya üzrə ixtisaslaşan tələbə qız Ozgecan Aslan çərşənbə günü evinə yollanarkən oğrlanmışdı.

Məlumatlara görə, mikroavtobus sürücüsü tələbə qızı zorlmaq cəhdi edərkən, Ozgecan Aslan bibər qazı balonunu işə salaraq həmin adama müqavimət göstərib.

Ozgecan Aslanın bıçaqlandığı və baş nahiyəsindən dəmir boru zərbəsi aldığı bildirilir.

Qətlin qəddarlığı Türkiyə boyu kütləvi etitrazlara səbəb olub.

Minlərlə qadın şənbə günü Ankara, İstanbu, Mersin və ölkənin digər şəhərlərində etiraz aksiyaları keçirib.