Poroşenko: Mariupolda dinc sakinlərin ölümünə görə bələdçi həbs edilib

Şəklin mənbəyi, Getty
Ukrayna prezidenti Petro Poroşenko vəd edib ki, Mariupola edilən hücumda nəyin baş verdiyini izah edən hesabatı, o cümlədən artilleriya atəşini yaşayış ərazilərinə "yönəldən" bələdçinin ifadələrini tam şəkildə ictimaiyyətə açıqlayacaq.
Ukrayna hakimiyyətinin bildirdiyinə görə, həmin bələdçi şənbə günü həbs edilib.
Ukrayna milli Təhlükəsizlik və Müdafiə Şurasının konfransında danışan Prezident Yanukoviç təsdiq edib ki, həbs edilən şəxs ifadə verir. Cənab Poroşenkonun sözlərinə görə, bu ifadələr bazar ertəsi günü açıqlanacaq.
"Sabah səhər biz raketləri yaşayış ərazilərinə yönəltmək üçün çalışan şəxsin izahatlarını açıqlayacağıq. Ki, hamı bu cinayəti və onu həyata keçirənləri görsün", deyib cənab Poroşenko.
Ukrayna prezidentinin sözlərinə görə, bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirləri yaranmış vəziyyəti və Rusiyaya qarşı yeni tədbirlərin görülməsini müzakirə etmək üçün görüşəcəklər.
Petro Poroşenko konfransda deyib ki, o, Minsk protokoluna alternativ görmür və ölkənin şərqində hərbi əməliyyatların dayandırılması Ukrayna qüvvələri üçün prioritet olaraq qalır.
Ukrayna Təhlükəsizlik Şurasının konfransı Mariupolda həlak olanların xatirəsinə həsr olunmuş bir dəqiqəlik sükutla başlayıb.
Mariupolda dinc sakinlərin ölümü ilə bağlı cümə günü matəm günü elan olunub.




