Separatçıların lideri Mariupola hücumun başladığını bildirib

Şəklin mənbəyi, EPA
Ukrayna şərqində rusiyapərəst separatçıların liderlərindən biri Aleksandr Zaxarçenko bəyan edib ki, separatçılar Mariupola hücuma keçiblər.
Şənbə günü bu şəhər Qrad toplarından atəşə tutulub, nəticədə 20-dən çox adam həlak olub.
“Bugün Mariupola hücum başlayıb. Bu, bizim tərəfdən həlak olanların hamısına əh yaxşı anılması yoludur”, Zaxarçenkonun sözlərini RİA Novosti agentliyi sitat gətirir.
Bu arada Ukrayna müdafiə naziri Stepan Poltorak separatçıların Mariupola əlavə qüvvə göndərdiklərini bildirib.
Bundan əvvəl Ukrayna hərbiyyəsi Mariupol şəhərinin separatçılar tərəfindən “Qrad” top qurğularından atəşə tutulduğunu bildirmişdi.
Yaraqlıların liderlərisə Mariupolun Ukrayna hərbçiləri tərəfindən atəşə tutulduğunu iddia edirlər.
