Türkiyədə müxalifət qəzetlərinin redaksiyalarına polis reydi keçirilib

Zaman qəzeti

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Zaman qəzetinin baş redaktoru reyd zamanı saxlanılıb

Türkiyə polisi Fətullah Gülənlə əlaqəsi güman edilən qəzet və teleşirkətlərin ofislərində axtarış keçirib.

İstanbul və Türkiyənin daha 12 şəhərində keçirilmiş polis reydləri zamanı azı 23 həbs həyata keçirilib.

Saxlanılanlar arasında KİV rəhbərləri, jurnalistlər, prodüsserlər və Türkiyənin şərqindən olan polis rəisi var.

Saxlanılanlar qeyri-qanuni təşkilat yaratmaqda və dövlətə nəzarəti ələ keçirmək cəhdində ittiham olunurlar.

"Zaman" qəzeti redaksiyasında axtarış aparmağa gəlmiş polis qüvvələri bina qarşısında çoxsaylı Gülən tərəfdarlarının toplaşdığından geri çəkilməli olublar.

Etiraz

Şəklin mənbəyi, noncredit

Şəklin alt yazısı, Qəzet əməkdaşları polis reydlərinə etiraz bildirirblər.

Qəzet əməkdaşları redaksiya binası önünə əllərində "Azad mətbuatı susdurmaq olmaz" şüarı yazılmış plakatlarla toplaşıblar .

Lakin bir müddətdən sonra redaksiyaya qayıdan polis əməkdaşları qəzetin redaktoru Əkrəm Dumanlını həbs ediblər.

Türkiyəli icmalçıların qənaətincə, hakimiyyət dairələrinin KİV redaksiyalarına reyd keçirmək addımının arxasında Fətullah Güləni mətbuat dəstəyindən məhrum etmək məqəsdi dura bilər.

Ərdoğan - Gülən

Şəklin mənbəyi, BBC World Service

Şəklin alt yazısı, Fətullah Gülən prezident Ərdoğanın əsas siyası rəqibi sayılmaqdadır.

ABŞ-da yaşayan Hizmət hərəkatının lideri Fətullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas siyası rəqibi sayılmaqdadır.

Reydlər Ərdoğan Gülən tərəfdarlarına qarşı yeni kampaniyaya start verəcəyini vəd etdikdən bir neçə gün sonra başlayıb.