Rusiya: “eynicinsli nikah” millət vəkili Vitali Milonovu hiddətə gətirib

Gey hüquqlarının müdafiəçiləri Sankt Peterburq və Rusiyanın digər bölgələrində getdikcə daha çox təzyiqə məruz qalırlar.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Gey hüquqlarının müdafiəçiləri Sankt Peterburq və Rusiyanın digər bölgələrində getdikcə daha çox təzyiqə məruz qalırlar.

Sankt Peterburq Şurasının millət vəkili iki qadın arasında nikahın ləğvinə çalışacığını bildirib. Evlənən çütlük üzvlərindən biri dünyaya kişi olaraq gəlib.

Gey hüquqlarına qarşı çıxan Vitali Milonov şənbə günü qeydiyyatdan keçirilən nikahı, Rusiya ailələrinə “təhqir” kimi dəyərləndirib.

Rusiya qanunvericiliyi eynicinsli nikahları tanımır.

Lakin evlənən şəxslərdən biri pasportuna əsasən qadın, digəri isə kişi olduğuna görə nikah mərasimi müraciəti rədd edilməyib.

Bunun Rusiyada qeydiyyatdan keçirilmiş ilk belə nikah olub-olmadığı məlum deyil.

2013-cü ildə qəbul olunmuş “anti-gey təbliğatı” ilə bağlı qanunvericilik uşaqlar arasında homoseksuallıqla əlaqədar məlumatların yayılmasını yasaqlayır.

Müxbirlərə əsasən, müvafiq qanun “ənənəvi dəyərlər” kampanisyası çərçivəsində təsdiqlənib. Rusiyanın lesbian, gey, biseksual və transgender (LGBT) icması getdikcə daha çox təzyiqlə üzləşir.

“Milyonların təhqiri”

Sankt Peterburq şəhər nikah qeydiyyat şöbəsinə ağ toy libaslarında gələn İrina Şumilova və Alyona Fursovanın əlində gül dəstələri olub.

Onlar mərasim barədə şəkilləri Vkontakte sosial media saytına yerləşdiriblər.

Özünü transgender olmaqdansa, transseksual kimi təqdim edən İrina hələ də hormonal müalicədən keçir.

"Elə mənəvi standartlar var ki onlara əməl etmək vacibdir, - deyib Vitali Milonov. - Bu divanələrə evlənmək tamamilə qadağan olunmalıdır”.

2013-cü ildə təsdiqlənmiş “anti-gey təbliğatı” qanunun qatı tərəfdarlarından olan cənab Milonov deyib ki, nikahı qeydiyyatdan keçirən rəsmilər xəyanət və yaxud cinayətkar səhlənkarlıq ittihamı ilə hüquqi məsuliyyətə cəlb olunmalıdır.

“Mən qətiyyətlə nikahın ləğvini tələb edəcəm”, - deyən millət vəkili “milyonlara rusiya ailəsini təhqir edən hallara" gələcəkdə yol verməmək üçün prokurorluqla işləcəyini deyib.