Rusiya: Duma homoseksualizmə qarşı qanunu qəbul edib

Rusiya parlamentinin Aşağı Palatası olan Duma, uşaqlara homoseksualizm haqqında məlumat yaymağı yasaqlayan qalmaqallı qanun layihəsini qəbul edib.
Homoseksual fəallar deyirlər ki, qanun bu icmanı rüsvay edir.
BBC-nin Moskvadakı müxbiri deyir ki, qanun layihəsinin Yuxarı Palata və prezident tərəfindən də dəstəklənməsi gözlənilir.
Parlament üzvləri qanunu müzakirə edərkən, Rusiya polisi homoseksualların hüquqlarını qoruyan fəallardan təxminən 20 nəfəri həbs edib. Onlarla anti-gey dəstələr arasında toqquşmalar olub.
