İranlı jurnalist Yeganeh Salehi azadlığa buraxılıb

Şəklin mənbəyi, AP
İranda jurnalist Yeganeh Salehi azadlığa buraxılıb. O, iyul ayında həyat yoldaşı, Washington Post qəzetinin Tehrandakı müxbiri Jason Rezaian ilə birlikdə saxlanılmışdı.
ABŞ və İran vətəndaşlığına malik olan cənab Rezaian hələ də həbsdədir, amma həyat yoldaşı ona baş çəkə bilib, Washington Post yazır.
İranlı Yeganeh Salehi Abu Dhabi-də yerləşən "National" ("Milli") adlı qəzetdə fəaliyyət göstərir.
Onların saxlanılmasının səbəbi hələ də aydın deyil və ABŞ cənab Rezaianın azadlığa buraxılmasını tələb edib.
Xarici işlər naziri Məhəmməd Cavad Zarif ötən ay ABŞ mediasına demişdi ki, Jason Rezaian "İran vətəndaşı olaraq etdikləri" ilə bağlı dindirilib.
İki ay əvvəl isə İran rəsmisi demişdi ki, məsələ təhlükəsizliklə bağlıdır. Cənab Rezaian və xanımı Yeganeh Salehi evlərində, iyulun 22-də <link type="page"><caption> saxlanılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2014/07/140725_iran_washington_post_detained.shtml" platform="highweb"/></link>.
"O, azadlığa buraxılıb", mədəniyyət naziri Məhəmməd Kouşeş AFP agentliyinə deyib.
O həmçinin cənab Rezaianın qısa bir müddətdə azadlığa buraxılacağını ümid etdiyini desə də, əlavə edib ki, bu, onun nazirliyinin əlində deyil, baxmayaraq ki nazirlik "əlindən gələni edib".
30 yaşlı Yeganeh Salehi ötən həftə azadlığa buraxılsa da, bu barədə məlumat ancaq indi yayılıb.
ABŞ Dövlət Departamenti 38 yaşlı cənab Rezaianın azadlığa buraxılmasını tələb etsə də, bu tələblər rədd edilib. İran ikili vətəndaşlığı tanımır.




