İranda Washington Post qəzetinin müxbiri "saxlanılıb"

Jason Rezaian 2012-ci ildən bəri Washington Post qəzetinin İran üzrə müxbiridir.

Şəklin mənbəyi, WP

Şəklin alt yazısı, Jason Rezaian 2012-ci ildən bəri Washington Post qəzetinin İran üzrə müxbiridir.

Washington Post qəzeti özünün İran müxbirinin həyat yoldaşı ilə birlikdə Tehranda saxlanıldığını bəyan edib.

ABŞ və İran vətəndaşlığına malik olan Jason Rezaian və onun iranlı həyat yoldaşı Yeganeh Salehi çərşənbə axşamı saxlanılıblar, qəzet bildirir.

Amerika qəzeti onlarla yanaşı ABŞ pasportuna malik daha iki fotomüxbirin saxlanıldığını açıqlayıb. Washington Post qəzetinin xarici xəbərlər üzrə redaktoru Douglas Jehl xəbərin narahatlıqla qarşılandığını deyib.

38 yaşlı Jason Rezaian 2012-ci ildən bəri Washington Post qəzetinin İran üzrə müxbiridir.

BBC də daxil olmaqla Qərb mediası İrandakı fəaliyyətində çətinliklərlə üzləşir.

Qərb mediasına işləyən jurnalistlər tez-tez saxlanılır və təqiblərə məruz qalır. İkili vətəndaşlığa sahib olanlar belə təqiblərin tipik hədəfləridir.

Ötən il Londonda işləyən <link type="page"><caption> BBC Fars xidməti əməkdaşları</caption><url href="http://www.bbc.co.uk/azeri/international/2012/02/120207_bbc_iran.shtml" platform="highweb"/></link> və onların İrandakı ailə üzvlərinə təzyiq göstərilib. BBC-nin baş direktoru İranı BBC əməkdaşlarına qarşı “təqib və hədə-qorxu kampaniyasında” suçlayıb.

2009-cu ildə BBC və ABŞ-dakı İctimai Radio şəbəkəsinə işləyən İran əsilli ABŞ reportyoru Roxana Saberi 5 ay müddətinə həbsə atılıb. Elə həmin il İranda AFP agentliyinin müxbiri də saxlanılıb.