Ukrayna: Mariupol bələdiyyə binasına yenidən rusiyapərəst qüvvələr nəzarət edir

Mariupol

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Rusiyapərəst qüvvələr Maiupol bələdiyyəsinin binasını yenidən nəzarət altına alıblar.

Mariupolda rusiyapərəst separatçılar şəhər bələdiyyə binasınndan Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən çıxarıldıqdan bir neçə sonra yenidən binanı nəzarət altına alıblar.

Hökümət qüvvələri binanı separatçılardan təmizlədikdən sonra tərk edərək, rusiyapərəst qüvvələrə geri qayıtmağa şərait yaratmış olublar.

Son bir neçə həftə ərzində Ukraynanın şərqində rusiyapərəst qüvvələr onlarla inzibati binanı zəbt ediblər.

Kiyev höküməti ölkənin şərqində idarəçiliyi bərpa etmək üçün həmin ərazilərə qoşunlar göndərirlər.

Çərşənbə günü səhər Ukrayna qoşunları rusiyapərəst qüvvələrin zəbt etdiyi Mariupol şəhərinin bələdiyyə binasını nəzarət altına alıblar, xəbərlərdə deyilir.

Rusiyanın İnterfax agentliyi üsyançıların nümayəndəsinə əsasən yaydığı məlumatda bildirir ki, ötən həftə bələdiyyəni ələ keçirən separatçılar çərşənbə günü binanı tərk ediblər.

Agentliyin müsahibi binanın qarşısındakı barrikadaların sökülməyə başlandığını əlavə edib.

Bu arada Ukraynanın Channel 5 televiziyası üsyançıların binanı yenidən ələ keçiməyə cəhd etdiyini bildirib.

Ukrayna hökuməti Rusiyanı üsyançılara köməkdə suçlayır.

Moskva separatçılarla hər-hansı əlaqəyə malik olduğu barədə ittihamların əsassız olduğunu bildirib.

Çərşənbə günü Slovyansk şəhərində hökumət qüvvələrilə rusiyapərəst fəallar arasında toqquşmaların baş verdiyi xəbər verilib.

Slovyansk rusiyapərəst üsyançıların istehkamı sayılır.

"Donetsk Xalq Respublikasını" elan edən separatçılar bildirirlər ki, bölgənin müstəqilliyi bazar gününə təyin olunmuş referendumda həll olunacaq.

ABŞ dövlət katibi John Kerry planı Ukraynanın əlavə parçalanmasına yönələn "qanunsuz cəhd" kimi dəyərləndirib.