İran Suriya danışıqlarında "iştirak edə bilməz"

Suriya

Şəklin mənbəyi, REUTERS

ABŞ BMT-nin Suriya üzrə sülh danışıqlarına İranın dəvətini ləğv etməyə çağırıb. Danışıqların çərşənbə günü Cenevrədə başlaması gözlənilir.

ABŞ rəsmiləri və Suriyanın qərb tərəfindən dəstəklənən müxalifəti deyib ki, İran sülh danışıqlarının məqsədi olan keçid höküməti ideyasını dəstəkləməyib.

BMT İranı dəvət edəndən sonra, Suriya müxalifəti İsveçrə paytaxtında keçiriləcək danışıqlarda iştirak etməyəcəyi barədə xəbərdarlıq edib.

ABŞ rəsmiləri deyirlər ki, dəvətin ləğv edilməsini gözləyirlər. Rusiya İransız danışıqların ona qarşı "küfr" olacağını deyib.

Bazar ertəsi cənab Əsəd təkrar edib ki, danışıqlar əsasən "terrorçuluq" barədə olmalıdır.

Onun rejimi bütün üsyançı qrupları terrorçu adlandırır və onların "xaricdən" maliyyələşdirildiyini vurğulayır.

AFP xəbər agentliyi ilə müsahibəsində cənab Əsəd həmçinin işarə edib ki, prezident vəzifəsindən getməyəcək.

O, üçüncü prezidentlik müddəti üçün seçkilərdə iştirak edəcəyini ehtimal etdiyini bildirib.

O deyib ki, Milli Koalisiyanın yeni hakimiyyətdə hər hansı nazirlik vəzifəsini alacağı ehtimalı "tamamilə qeyri-realistdir".

Daha əvvəl Milli Koalisiya danışıqlarda iştirak etməkdən imtina etmişdi, çünki hər hansı keçid hökümətində cənab Əsədin iştirak etməyəcəyinə zəmanət istəyirdilər.