Bəşər Əsəd prezidentlikdən istefa vermək barədə düşünmür

syria_asad

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Suriyada vətəndaş müharibəsi 3 ildir ki davam etməkdədir.

Suriya prezidenti Bəşər Əsəd istefa vermək niyyətində olmadığını bəyan edib.

Bəşər Əsəd bunu bugün Dəməşqdə Rusiya parlament üzvlərilə görüşündə bəyan edib, İnterfax agentliyi xəbər verir.

"Bu məsələ müzakirə mövzusu ola bilməz. Seçkilərdə kimin iştirak edib-etməyəcəyini yalnız Suriya xalqı həll edə bilər", Əsəd deyib.

Əsəd müxalifətə siyasi müstəvidə yarışmağı və qarşıda gələn prezident seçkilərində iştirak etməyi təklif eidb.

Bu arada isə ABŞ Dövlət Katibi John Kerry Suriya müxalifətinin əsas təşkilatı olan Suriya Milli Koalisiyasının keçirilməsi yanvarın 22-də İsveçrədə nəzərdə tutulan "Cenevrə-2" konfransında iştirak etmək qərarını alqışlayıb

Qərar Suriya müxalifət qruplarının İstambulda keçirilmiş görüşündən sonra qəbul edilib.

Britaniya və Fransa XİN rəhbərləri də Suriya müxalifətinin qərarını dəstəkləyiblər.

Britaniya XİN rəhbəri William Hague qəbul olunmuş qərarı alqışlayaraq vurğulayıb kı, "Suriyada əldə olunacaq istənilən razılıq Əsədin ölkənin gələcəyində heç bir rol oynamayacaq".