Türkiyədə on nazir vəzifədən uzaqlaşdırılıb

Türkiyədə baş nazir Recep Tayyip Erdoğan korrupsiya qalmaqalına görə üç nazirin istefasından sonra Nazirlər Kabinetində əsaslı dəyişikliklər edib.

Cənab Erdoğan prezident Abdullah Güllə görüşündən sonra, on yeni nazirin adını açıqlayıb.

Lakin istefa vermiş nazirlərdən biri, Ətraf Mühit naziri Erdoğan Bayraktar baş nazirin özünün istefasını tələb edib.

Polis isə İrana qanunsuz pul köçürmələri və tikinti layihələrində rüşvət araşdırmalarını davam etdirir.

Cənab Bayraktar, iqtisadiyyat naziri Zafer Cağlayan və daxili işlər naziri Muammer Güler oğulları gözaltına alındıqdan sonra istefa verib. Onların hər üçü oğullarına qarşı iddiaları rədd edir.

Çərşənbə günü axşamı isə, İstanbulda hökümətdə korrupsiyaya qarşı nümayiş keçirilib, polislə iştirakçılar arasında qarşıdurma yaşanıb.

"Güc davası"

Təhlilçilərə görə, Türkiyədə baş verənlər əslində Erdoğan höküməti ilə nüfuzlu İslam xadimi Fethullah Gülen arasında "güc davasıdır".

Gülenin yaratdığı Hizmet hərəkatının İslamın müasir üzü olduğu deyilir, lakin hərəkatın fəaliyyəti hər zaman tənqid edilir.

Lakin Gülen araşdırmalara aiddiyyatı olmadığını bildirib. 1999-cu ildən Türkiyədə İslamçi dövlət yaratmaqda ittiham edilib və ABŞ-da, Pensilvaniyada yaşayır.

Hökümət ya cənab Gülenlə fikir, ya da araşdırmalarla əlaqəsi olan onlarla polis rəsmilərini işdən azad edib.

Jurnalistlərə də polis idarələrinin binalarına daxil olmağa izn verilmir, bu isə hökümətin araşdırmaları dayandırmağa çalışması kimi iddialara səbəb olub.

Baş nazir isə prezident Gül ilə çərşənbə günü görüşüb və sonra yeni kabinetini açıqlayıb.

Vəzifələrinə xitam verilmişlər arasında Avropa İttifaqı ilə Əlaqələr naziri Egemen Bağiş da var.

Onun da korrupsiya qalmaqalına aid olmağu iddia edilsə də, indiyə qədər ona qarşı rəsmi ittiham irəli sürülməyib.