"Əsas odur ki, hamıya çatsın" - Rusiyada ərzaq və məişət mallarının satışına məhdudiyyətlər qoyulur

Rusiya

Rusiyada mağazalarda ərzaq və məişət mallarının satışına məhdudiyyətlər qoyulur.

Moskva vilayətindən olan BBC News Ruscanın oxucusu bildirib ki, iri ərzaq şəbəkələrinə məxsus olan bəzi mağazalarda adambaşına buraxılan maların bir sıra çeşidinə məhdudiyyətlər qoyulub.

Rusiya
Rusiya

BBC-yə göndərdilmiş fotolara əsasən, Lenta supermarketlər şəbəkəsində adambaşına maksimum 2 ədəd təmizləyici vasitə, 10 ədəd tez bişən hazır əriştə paketi (Doşirak) və ət konservi satışına icazə verilir.

Magnit supermarketlər şəbəkəsində məhdudiyyət şəkər, qarabaşaq yarması və toyuğa qoyulub - bir ələ beş ədəddən çox satıla bilməz.

Rusiya

Bu şəbəkənin mağazalarında bu cür məhdudiyyətləri "alverçilərin fəallaşmasının" və "gündəlik tələbat səciyyəli qida və məişət məhsullarınnın" rəflərdən yoxa çıxmasının qarşısının alınması ilə izah olunur.

Perekrestok adlı şəbəkənin supermarketində də malların satışına məhdudiyyət qoyulub. Bəzi rəflər bom-boşdur, lakin mağaza işçiləri oxucumuza deyiblər ki, müştərilər "hər şeyi alıb aparır, işçilər isə [malların] zala gətirib rəflərə düzülməsini vaxtında çatdırabilmirlər", BBC News Rusca qeyd edib.

Rusiya
Rusiya

Rusiyanın dövlət TASS agentliyi Sənaye və Ticarət Nazirliyinin mesajına istinadən xəbər verir ki, daha əvvəl Rusiyanın Sənaye və Ticarət və Kənd Təsərrüfatı nazirlikləri müəyyən kateqoriyaya aid malların satışını məhdudlaşdırmağa icazə verib. Məlumata görə, bu qərara pərakəndə satıcıların xahişinə cavab olaraq verilib.